Birlik, həmrəylik və ortaq dəyərlər - Bakıdan verilən mühüm mesajlar
18.09.2026 [16:27]
Azərbaycanın müasir dövlətçilik tarixi daxili sabitliyin, hərbi qüdrətin və milli həmrəyliyin vəhdəti üzərində bərqərar olunmuşdur. 2020-ci ildə Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər və 2023-cü ilin sentyabrında həyata
keçirilən lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın suverenliyini tam şəkildə təmin etmişdir. Bu tarixi uğurun təməlində isə bütün Azərbaycan
xalqının bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etməsi, siyasi baxışlarından, etnik və dini
mənsubiyyətindən asılı olmayaraq "Dəmir Yumruq" kimi sıx həmrəylik nümayiş etdirməsi dayanır. Bu parlaq qələbə daxili sabitliyimizi sarsılmaz etmiş,
dövlətimizin regional və qlobal miqyasdakı nüfuzunu ən yüksək zirvəyə qaldırmışdır. Məhz bu tarixi Zəfərdən sonra Azərbaycanın regional sülhün və
mənəvi birliyin mərkəzinə çevrilməsi beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə geniş zəmin yaratmışdır.
Bu baxımdan, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, dahi mütəfəkkir Seyid
Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
konfrans iştirakçıları ilə görüşdə qeyd etdiyi kimi, Seyid Yəhya Bakuvi kimi dahi şair və mütəfəkkirlərimizin mənəvi irsinin yenidən işıqlandırılması Türk-İslam
coğrafiyasında mədəni-dini köklərimizin nə qədər dərin olduğunu bir daha göstərir. Bu toplantılar yalnız dini-mənəvi dəyərlərin dirçəldilməsi deyil, eyni
zamanda Türk dövlətləri arasında ortaq strateji hədəflərin, birliyin və qarşılıqlı etimadın dərinləşməsi üçün mühüm platformadır.
Bu dəyərlərin qorunması və Türk-İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadənin rolu müstəsna əhəmiyyət kəsb edir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və
dünyada böyük hörmətə malik olan görkəmli şəxsiyyətdir. Onun dinlərarası dialoq, sülh və xalqlararası həmrəylik istiqamətindəki çoxşaxəli fəaliyyəti
regionda sabitliyin qorunmasına böyük töhfə verir. Məhz bu mənəvi-siyasi fəaliyyətin və dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkilinin məntiqi
nəticəsi olaraq gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Sammitinin keçiriləcəyi diqqətə çatdırılmış və bu görüşün İslam dünyasında
birliyin gücləndirilməsinə töhfə verəcəyi vurğulanmış, Azərbaycanın milli-mənəvi dəyərlərə sadiqliyi, həmçinin beynəlxalq müstəvidə müsəlman
dünyasına qarşı yönələn islamofobiya tendensiyaları, dini dəyərlərə o cümlədən müqəddəs "Qurani-Kərim"ə) hörmətsizliyə qarşı prinsipial mövqeyi
bir daha diqqətə çatdırılmışdır.
Lakin Azərbaycanın regional sülhə, mənəvi həmrəyliyə və beynəlxalq hüququn bərpasına yönəlmiş bu siyasəti bəzi Qərb dairələri, xüsusilə Avropa
Parlamenti tərəfindən narahatlıq hissi ilə qarşılanır. İllərlə torpaqlarımızın işğalına, xalqımızın çəkdiyi əziyyətlərə və dini-mənəvi irsimizin talan edilməsinə
göz yuman bu təsisat bu gün Azərbaycana qarşı tamamilə qərəzli, həqiqətdən uzaq və saxta ittihamlardan ibarət qətnamələr qəbul edir. Siyasi reallıqlar və
son illərdə ortaya çıxan faktlar açıq-aşkar göstərir ki, Avropa Parlamenti obyektivlikdən və hüquqi prinsiplərdən uzaqlaşaraq rüşvətxorlar yuvasına və
korrupsiyaya bulaşmış anti-Azərbaycan lobbi şəbəkələrinin mərkəzinə
çevrilmişdir.
Bütün bu təzyiqlərə, ikili standartlara və siyasi manipulyasiyalara baxmayaraq, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və
ədalətin əsas təminatçısı kimi öz strateji xəttini qətiyyətlə davam etdirir. Dövlətimizin yürütdüyü müstəqil siyasət Türk dünyası ilə inteqrasiyanın
dərinləşməsinə və milli birliyin möhkəmlənməsinə xidmət edir. Məhz bu prinsipial mövqe və real güc amili Cənubi Qafqazda uzunmüddətli sülhün
bərqərar olunmasını təmin edir.
Aygül Xəlilova
Naxçıvan Heydər Əliyev Muzeyinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

