2027-ci ildə büdcə gəlirlərinin əsas istiqamətləri
22.09.2026 [10:23]
Vergi, gömrük və digər yığımların həcmi artırılacaq
Məlum olduğu kimi Maliyyə Nazirliyi (MN) 2027-cı ilin dövlət büdcəsi layihəsini Nazirlər Kabinetinə təqdim edib. Eyni zamanda, “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi ictimaiyyətə açlıqlanıb.
Büdcə sənədlərində əsas strateji baxış ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə qəbul edilmiş strategiya və dövlət proqramlarının icrası üçün maliyyə təminatının yaradılmasıdır. Bu strateji yanaşmaya əsasən, ortamüddətli büdcə siyasətinin əsas məqsədlərindən biri kimi gəlirlər üzrə siyasətin daha da təkmilləşdirilməsi və optimallaşdırılmasıdır.
Həmin kurs üzrə 2027-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etməkdir. Bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.
Əsas məqsdələrdən biri biznes mühitinin fəaliyyətinin, investisiya qoyuluşunun təşviqi və vergitutma bazasının genişləndirilməsidir.
Vergi Xidmətinin yığım proqnozu 18,4 milyard manatdan çoxdur
2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmaları 18 milyard 430 milyon manat həcmində proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 6,1 faiz çoxdur. Vergi orqanı tərəfindən toplanılacaq fiskal yığımlarda hüquqi şəxslərin mənfəət vergisi ən irihəcmli gəlir mənbəyi kimi müəyyən olunub. Həmin verginin həcmi 6,1 faiz artırılaraq 6 milyard 580 milyon manatdan 6 milyard 983 milyard manata yüksəldilib. Əlavə dəyər vergisinin proqnozu 4,9 faiz artımla gözlənilir ki, bu da cari ildəki 4 milyard 446 milyon manata qarşı 4 milyard 686 milyon manat deməkdir.
Gələn il fiziki şəxslərin gəlir vergisi 29 faiz artırılaraq 2,3 milyard manatdan 3 milyard manata çatdırılıb Sadələşdirilmiş vergi ödəyicilərinin öhdəliyi isə 8,9 faiz yüksəldilib ki, bu da hazırkı 429 milyon manata qarşı 467 milyon manatdır. Digər vergi proqnozu üzrə dövlət rüsumları 16 faiz artırılaraq 420 milyon manat (2026-cı ildə 262 milyon manat) səviyyəsində müəyyən edilib. Aksizlər üzrə vergilərin məbləği 5 faiz artımla 1 milyard 668 milyon manat proqnozlaşdırılır. Maraqlıdır ki, gələn il yol vergisinin proqnozu 8,2 faiz aşağı salınıb, cari il üzrə 334,4 milyon manat öhdəlik növbəti ildə 307 milyon manat fərz edilir.
2027-cı ildən etibarən muzdlu işlə bağlı gəlirlər və sosial sığorta ödənişləri üzrə mexanizmin tətbiqində də dəyişikliklər gözlənilir. Belə ki, 2027-ci il yanavrın 1-dən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən tutulan gəlir vergisinin həddi 5 faizə çatdırılacaq. Xatırladaq ki, bu rəqəm 2026-cı ildə 3 faiz intervalında götürülüb. Bu o deməkdir ki, növbəti ildə əməkhaqqından tutulan verginin faizi daha 2 dərəcə artacaq.
Vergi ödəyicilərinə münasibət yumşaldılacaq
Gələn il vergi siyasətində əsas prioritetləri kimi biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqi müəyyən edilib. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur. Eləcə də vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi məqsədilə vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsi nəzərdə tutulur ki, bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarət gücləndiriləcək. Vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdən biri isə ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqidir. Bu kursa əsasən, vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyiciləorinə münasibətin bir qədər yumşaldılması nəzərdə tutulur. Belə ki, vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlər müəyyən ediləcək. Bundan əlavə, müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi də nəzərdən keçiriləcək.
Gömrük yığımları 6,8 milyard manatı ötəcək
2027-ci ildə digər fiskal mənbə olan gömrük daxilolmalarının proqnozlaşdırılan həcmi 6 milyard 865 milyon manat nəzərdə tutulub. Həmin vəsaitin 68,5 faizi və ya 4 milyard 700 milyon manatın əlavə dəyər vergisinin payına düşəcək. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 1,05 faiz azdır. Digər gömrük yığımlarından aksiz vergisi 2,6 faiz artımla 240 milyon manat, yol vergisi 1,7 faiz artımla 61 milyon manat, dövlət rüsumu 2,5 faiz artımla 1 milyard 864 milyon manat proqnozlaşdırılır.
Büdcə gəlirlərinin təmin olunmasında Əmlak Məsələləri Dövlət Xidmətinin proqnozu 48 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 895 milyon manat, sair daxilolmalar 1 milyard 392 milyon manat gözlənilir. Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi isə 11 milyard 900 milyon manat həcmində nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38

