Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
24.09.2026 [10:30]
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin təbii sərvətlərindən səmərəli istifadə olunması son illərdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkənin sənaye potensialının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
22 sentyabr 2026-cı ildə Möhtərəm Prezident İlham Əliyev cənablarının sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu istiqamətdə qarşıya qoyulan yeni hədəflərin müzakirəsi baxımından mühüm tədbir oldu. Prezident çıxış edərək dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biri olduğunu vurğuladı və Dövlət Proqramının əsas istiqamətləri barədə fikirlərini bildirdi.
Möhtərəm Prezident cənab İlham Əliyev çıxışında xüsusilə dağ-mədən sənayesində yalnız filiz hasilatının artırılmasının deyil, filizin emalından son məhsulun istehsalına qədər tam dəyər zəncirinin ölkə daxilində formalaşdırılmasının vacibliyini qeyd etdi. Bu yanaşma xammalın daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsinə, sənaye müəssisələrinin inkişafına və ölkənin ixrac potensialının genişlənməsinə şərait yarada bilər.
Dövlət Proqramının əsas istiqamətlərindən biri mineral xammal bazasının genişləndirilməsi və mövcud yataqların iqtisadi dövriyyəyə daha fəal cəlb edilməsidir. “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və digər yataqlar üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur ərazilərində geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də proqramın gələcək imkanları sırasında göstərilir.
Proqram çərçivəsində zənginləşdirmə müəssisələrinin, pelet və briketlənmiş dəmir istehsalı sahələrinin, həmçinin yüksək əlavə dəyərə malik polad və alüminium məhsullarının istehsalının inkişaf etdirilməsi nəzərdə tutulur. Beləliklə, məqsəd təbii ehtiyatların yalnız xammal formasında deyil, daha yüksək emal mərhələlərindən keçərək hazır və yarımfabrikat məhsullar şəklində daxili və xarici bazarlara çıxarılmasıdır.
Müşavirədə təqdim edilən məlumatlara əsasən, 2027–2030-cu illərdə Dövlət Proqramının icrası üçün ümumilikdə 5,3 milyard manat investisiya tələb olunur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaitləri, 2 milyard manatının isə özəl vəsaitlər hesabına formalaşdırılması nəzərdə tutulur. Proqramın nəticəsində növbəti dörd il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması hədəflənir.
Möhtərəm Prezident cənab İlham Əliyev çıxışında sənaye layihələrinin həyata keçirilməsi ilə yanaşı, ekoloji məsələlərin də xüsusi əhəmiyyət daşıdığını bildirdi. Dağ-mədən fəaliyyətinin təbiətə təsirinin nəzərə alınması, ekoloji ekspertizanın aparılması və mövcud ekoloji normalara əməl olunması Dövlət Proqramının mühüm prinsipləri kimi diqqətə çatdırıldı. Bu yanaşma iqtisadi inkişafla ətraf mühitin qorunması arasında tarazlığın təmin edilməsini nəzərdə tutur.
Dövlət Proqramının icrasında “AzerGold”un fəaliyyəti də xüsusi yer tutur. Şirkətin həyata keçirəcəyi strateji layihələr sırasında “Söyüdlü” qızıl yatağının işlənməsi, “Daşkəsən” dəmir filizi layihəsi və “Filizçay” yatağının istismara hazırlanması kimi istiqamətlər qeyd olunub. “Daşkəsən” layihəsi çərçivəsində illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur. Bu isə ölkənin qara metallurgiya sahəsində yeni istehsal imkanlarının formalaşmasına xidmət edə bilər.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü iqtisadi siyasətin mühüm istiqamətlərindən biri Azərbaycanın təbii və sənaye potensialından daha səmərəli istifadə etməklə dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da məhz bu strateji xəttin davamı kimi mühüm əhəmiyyət daşıyır. Qarşıdakı illərdə nəzərdə tutulan layihələrin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın sənaye potensialının daha da güclənməsinə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına, ixrac imkanlarının genişlənməsinə və ölkə iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfələr verə bilər.
Bu baxımdan, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı yalnız ayrı-ayrı dağ-mədən və metallurgiya layihələrinin həyata keçirilməsini deyil, Azərbaycanın gələcək sənaye inkişafının yeni mərhələsinin formalaşdırılmasını hədəfləyir. Möhtərəm Prezident cənab İlham Əliyevin müəyyən etdiyi strateji məqsədlər və qarşıya qoyduğu konkret vəzifələr əsasında bu sahədə yaradılacaq yeni istehsal imkanları ölkəmizin iqtisadi qüdrətinin daha da artırılmasına, milli sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsinə və Azərbaycanın gələcəkdə regional və beynəlxalq sənaye-iqtisadi əməkdaşlıqda mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26

