Şəhid qanı ilə yazılan Zəfər salnaməsi
24.09.2026 [10:58]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
27 Sentyabr Azərbaycan xalqının yaddaşında Vətən uğrunda mübarizənin, misilsiz qəhrəmanlığın və milli iradənin təcəssümü kimi yaşayır. Bu gün 2020-ci ildə başlanan Vətən müharibəsinin ilk anlarını, torpaqlarımızın azadlığı naminə canından keçən igidlərimizin fədakarlığını və xalqımızın haqq savaşında nümayiş etdirdiyi birliyi ehtiramla xatırlayırıq. Otuz ilə yaxın davam edən işğal, doğma yurdlarından didərgin salınmış yüz minlərlə soydaşımızın ağrısı, dağıdılmış şəhər və kəndlərimizin mənzərəsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları bu tarixi ədalətsizliyin aradan qaldırılması yolunda dönüş nöqtəsinə çevrildi. Həmin gündən etibarən hər qarış torpaq uğrunda gedən döyüşlər xalqımızın azadlıq əzmini, əsgər və zabitlərimizin cəsarətini, Vətənə sədaqətini bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsi Azərbaycan tarixində yalnız hərbi əməliyyatlar dövrü deyil, milli birliyin, sarsılmaz iradənin və dövlətçilik əzminin təntənəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticələr əldə etdi. Cənab Prezidentin qətiyyətli siyasi iradəsi, diplomatik fəaliyyəti və ordumuzun gücünə əsaslanan strategiyası bu Zəfərin mühüm amillərindən oldu. Döyüş meydanında göstərilən qəhrəmanlıq, arxa cəbhədə xalqın nümayiş etdirdiyi həmrəylik və hər bir azərbaycanlının qəlbində yaşatdığı Vətən sevgisi vahid amal ətrafında birləşdi. Bu tarixi Qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin misilsiz fədakarlığı hesabına qazanıldı. Məhz buna görə 27 Sentyabrın mahiyyəti yalnız hücum əməliyyatlarının başlanması ilə deyil, Azərbaycanın öz torpaqlarını azad etmək əzmi və bu yolda verdiyi qurbanlarla ölçülür.
27 Sentyabrın xalqımız üçün mənəvi və tarixi əhəmiyyəti Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla Anım Gününün təsis edilməsi ilə rəsmiləşdi. Bu qərar Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş bütün şəhidlərə dövlət səviyyəsində ehtiramın ifadəsi oldu.
Cənab Prezidentin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət, onların sosial müdafiəsinin gücləndirilməsi, qəhrəmanlıq tariximizin gənc nəslə aşılanması istiqamətində görülən işlər bu ehtiramın əməli təzahürüdür. Anım Gününün əsas çağırışı isə şəhidlərimizin adlarını sadəcə xatırlamaq deyil, onların uğrunda can verdikləri Vətənə layiq olmaq, milli birliyimizi qorumaq və müstəqil Azərbaycanın gələcəyi naminə məsuliyyətlə çalışmaqdır. Bu gün hər bir azərbaycanlı şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyərək bir həqiqəti qəlbində yaşadır: Vətən uğrunda verilən canlar heç vaxt unudulmur, onların qəhrəmanlığı isə xalqımızın yaddaşında və tarixində əbədi yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin!
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

