2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
24.09.2026 [22:28]
Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərəncam imzalanıb və müəyyən işlər görülüb. 22 sentyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi.
Müşavirədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində qarşıya qoyulan növbəti hədəflərdən biri zəngin mineral resurslarımızdan daha səmərəli istifadə etməklə ölkə daxilində əlavə dəyərin artırılmasıdır.Burada əsas məsələ yalnız hasilatın artırılması ilə məhdudlaşmır. Xammalın emalından son məhsula qədər tam dəyər zəncirinin formalaşdırılması, müasir texnologiyaların tətbiqi, yerli istehsalın genişləndirilməsi və ixrac imkanlarının artırılması Azərbaycanın sənaye siyasətində yeni imkanlar yaradır. Bu yanaşma Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi sənayeləşmə və qeyri-neft sektorunun inkişafı siyasətinin məntiqi davamıdır.
Xüsusilə metallurgiya sənayesinin inkişafı ölkənin sənaye potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, həmçinin iqtisadiyyatın daha yüksək əlavə dəyər yaradan sahələr hesabına inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müşavirədə qeyd edilib ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafından gözləntilər yalnız yeni iş yerləri və istehsal müəssisələri ilə məhdudlaşmır. İxrac potensialının genişlənməsi, dövlət büdcəsinə vergi daxilolmalarının artması və ölkəyə əlavə valyuta gəlirlərinin daxil olması iqtisadi nəticələrin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyev gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyini bildirərək layihələrin miqyasına diqqət çəkib. Bu göstərici proqramın ölkə iqtisadiyyatı üçün potensial əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, dünya bazarlarında qiymətli metalların yüksək qiymət dinamikası sahəyə investisiya marağını artıran amillərdən biri kimi çıxış edir.
Azərbaycanda dağ-mədən sənayesinin indiyədək lazımi səviyyədə inkişaf etməməsinin müəyyən səbəbləri olub. Dövlətimizin başçısının dediyi kimi, bir çox yataqlar 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Eyni zamanda, bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Sovetlər dövründə isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılsa da, Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə respublika ərazisindəki bir çox perspektivli yataqlar hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu baxımdan yeni Dövlət Proqramının qəbulu çox əhəmiyyətlidir.
İlkin olaraq işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması nəzərdə tutulur. Əsasən, bu sıraya Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqları daxildir. Prezidentin dediyi kimi, Ağdərə rayonunda artıq işlərə başlanılıb. Yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan yataqlarda istismar artıq başlanılacaq. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi də məhz dağ-mədən sənayesinin inkişafıdır.
Ölkəmizin bu gün dağ-mədən və metallurgiya kimi yüksək maliyyətutumlu və böyük enerji tələb edən sahələrə milyardlarla manat sərmayə yönəldə bilməsi təsadüfi deyildir. Bu gün əldə edilən nailiyyətlər son 20 il ərzində təməli qoyulmuş sarsılmaz infrastruktur bazasına dayanır.
Təkcə bir faktı xatırlamaq kifayətdir ki, 20 il əvvəl xaricdən həm təbii qaz, həm də elektrik enerjisi idxal edən Azərbaycanda bu gün qazlaşdırma səviyyəsi 96 faizə çatmış, il ərzində 25 milyard kubmetrdən çox təbii qaz ixrac edilmiş, daxili tələbatımız hesabına nəhəng ehtiyat generasiya gücləri yaradılmışdır.
Qarşıdakı dövrdə məhsulun iqtisadi səmərəliliyini artırmaq üçün filizlərin daşınmasında və yük tariflərində müvafiq güzəştlərin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, dövlət başçısının çıxışında vurğuladığı ən mühüm prinsiplərdən biri ekoloji təhlükəsizlikdir. “Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir”. Bu prinsip həm dövlət şirkəti olan “AzerGold” QSC, həm də özəl və xarici investorlar üçün dəyişməz tələbdir. Ən yüksək beynəlxalq ekoloji ekspertiza normalarına riayət olunması məcburidir və bu standartları pozan subyektlər ən ciddi şəkildə cəzalandırılacaqdır.
Dövlət Proqramının 2027-2030-cu illəri əhatə etməsi isə qarşıdakı dövr üçün ardıcıl və sistemli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Proqram çərçivəsində nəzərdə tutulan layihələrin mərhələli şəkildə həyata keçirilməsi dağ-mədən və metallurgiya sənayesində yeni istehsal imkanlarının formalaşmasına, regionların iqtisadi fəallığının artmasına və sənaye potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39

