27 SENTYABR – QÜRUR VƏ EHTİRAM GÜNÜ
25.09.2026 [12:47]
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində taleyüklü mərhələ oldu. Həmin gün Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatları 44 gün davam edən müharibənin başlanğıcını qoydu. 27 sentyabrdan 10 noyabradək davam edən hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və xalqımızın tarixində yeni mərhələ yaratdı. Bu Zəfərin arxasında Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin misilsiz fədakarlığı və xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik dayanırdı. Anım Gününün digər mühüm mahiyyəti milli yaddaşın qorunmasıdır. Xalqın keçdiyi yolun yaddaşda yaşadılması gələcək nəsillərin öz tarixini düzgün dərk etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənc nəsil bilməlidir ki, Azərbaycanın bugünkü reallıqları böyük tarixi proseslərin, uzunmüddətli mübarizənin və ağır itkilərin nəticəsidir. Bu yaddaşın qorunması keçmişdə qalmaq deyil, gələcəyi daha düzgün qurmaq üçün tarixi təcrübədən nəticə çıxarmaqdır. Bu qələbənin əsasını Azərbaycan xalqının həmrəyliyi, dövlət siyasətinin ardıcıllığı və Ordumuzun yüksək döyüş qabiliyyəti ilə yanaşı, illərlə aparılan məqsədyönlü hazırlıq təşkil edirdi. Azərbaycanın hərbi, iqtisadi və diplomatik imkanlarının gücləndirilməsi ölkəmizə 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etmək üçün mühüm imkanlar yaratdı. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaddaşlarda yaşadılması üçün həyata keçirilən layihələr də xüsusi məna daşıyır. Bakıda yaradılan Zəfər parkı və Vətən Müharibəsi Memorial Kompleksi ideyası məhz xalqımızın Qələbə tarixinin, şəhidlərimizin əziz xatirəsinin və Azərbaycan əsgərinin qəhrəmanlığının gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edir. Bu məkanlar yalnız memarlıq nümunəsi deyil, həm də müasir Azərbaycan tarixinin canlı yaddaş məkanlarıdır. Zəfər parkının 44 günlük Vətən müharibəsinin rəmzlərini özündə əks etdirən konsepsiyası da təsadüfi deyil. Parkın girişində ucaldılan Zəfər tağı, memorial elementlər, Qarabağ yaddaşını yaşadan məkanlar və Azadlıq Bayrağı Meydanı Azərbaycanın Qələbəyə gedən yolunu simvolizə edir. Buraya gələn hər bir insan azad edilmiş torpaqlar uğrunda aparılan mübarizənin hansı böyük fədakarlıq hesabına mümkün olduğunu daha dərindən dərk edir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq cənab Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Artıq 6 ildir bu gün “Anım günü” kimi qeyd olunur. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda aparılan və hazırda davam etdirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri – “Böyük Qayıdış Proqramı” uğurla icra olunur. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulan Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və xüsusilə mədəniyyət paytaxtımız olan Şuşa şəhəri qısa müddətdə doğma sakinlərini qəbul etdi. Torpaqlarımızda hava limanları, avtomobil və dəmir yolları, enerji infrastrukturu inşa edildi. Qısa müddət ərzində aparılan, bütün dünyanın diqqətini çəkən bu tədbirlər hesabına bir vaxtlar məcburi köçkün olan vətəndaşlarımız bu gün öz yurdlarında qurub yaradır, çalışır, ölkəmizin inkişafına töhfələrini verirlər. 27 sentyabr – bu müqəddəs tarix dövlətimizin gücünün, xalqımızın birliyinin və ölkə başçısının qətiyyətli siyasətinin təntənəsidir. Bu Şanlı tarix yaddaşlardan silinməyəcək və gələcək nəsillərə ötürüləcək ən qiymətli sərvətdir. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.
Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Cənab Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi. Cənab Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Bu Zəfər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi və bu bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Tarix yazan qəhrəmanlarımızı unutmamalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq. Şəhidlərin qanı bahasına qazanılan bu Qələbə daim milli qürur mənbəyimiz olacaqdır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov
Xəbər lenti
Hamısına baxAnalitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39

