Azərbaycanın yeni iqtisadi inkişaf yolunda
29.09.2026 [11:27]
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi prioritetlərinə dair geniş təsəvvür yaradır, Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur.
Ölkə başçısı çıxışında qeyd edib ki, ölkənin son illərdə əldə etdiyi iqtisadi nəticələrin mühüm hissəsini sabit iqtisadiyyat, müstəqil maliyyə sistemi və formalaşdırılmış investisiya mühiti təşkil edir. Əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edib.
Cənab Prezident vurğuladı ki, qarşıdakı mərhələdə əsas məqsəd əldə edilmiş nəticələrlə kifayətlənməmək, iqtisadi artımın yeni mənbələrini formalaşdırmaqdır. Bu baxımdan neft-qaz sektorundan kənar sahələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və insan kapitalı Azərbaycanın gələcək iqtisadi inkişafında ön plana çıxan istiqamətlədir. Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın malik olduğu potensial geniş imkanlar vəd edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, yeni enerji güclərinin yaradılması və ötürücü şəbəkələrin genişləndirilməsi ölkənin enerji sektorunda yeni mərhələnin formalaşdığını göstərir. Enerji sahəsində baş verən transformasiya yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır. Artan enerji imkanlarının rəqəmsal texnologiyalar, süni intellekt və data mərkəzlərinin inkişafı ilə əlaqələndirilməsi Azərbaycanın yeni iqtisadi imkanlarından biri kimi qiymətləndirilir.
Cənab Prezident bildirib ki, Azərbaycanın gələcək iqtisadi inkişafında logistika və nəqliyyat da mühüm yer tutur. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onun tranzit imkanlarını genişləndirir. Bunun üçün son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına böyük həcmdə investisiyalar yönəldilib.
Ölkə başçısı çıxışında Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin artdığını, bu göstəricinin cari ildə 16 milyon tona çatacağını və 2030-cu ilədək 25 milyon tona, hətta daha yüksək səviyyəyə yüksəldilməsinin hədəfləndiyini bildirib. Bu mənada Azərbaycanın nəqliyyat infrastrukturu artıq yalnız ölkədaxili daşımaların təmin edilməsinə xidmət edən sistem kimi deyil, daha geniş regional iqtisadi əlaqələrin mühüm elementi kimi nəzərdən keçirilir.
Cənab Prezident vurğulayıb ki, digər mühüm istiqamət mədənçilik və metallurgiya sahəsidir. Yeni dövlət proqramının qəbul edilməsi bu sahədə fəaliyyətin genişləndirilməsi üçün institusional əsasların formalaşdırılması baxımından diqqət çəkir. Mədənçilik sahəsində mövcud potensialdan səmərəli istifadə edilməsi qeyri-neft sektorunun şaxələndirilməsinə və yeni istehsal imkanlarının yaradılmasına xidmət edə bilər. Bununla yanaşı, neft və qaz sektoru Azərbaycanın iqtisadiyyatında mühüm rolunu qoruyub saxlayır. Prezident çıxışında yeni müqavilələrin imzalanmasını, o cümlədən “Exxon” və “Total” şirkətləri ilə əməkdaşlığın genişləndirilməsini diqqətə çatdırıb. Abşeron yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsində qaz hasilatının artırılması imkanları da qeyd olunub.
Keçirilən tədbirdə cənab Prezident çıxışında ölkənin valyuta ehtiyatlarının xarici borcu əhəmiyyətli dərəcədə üstələdiyini, dövlət borcunun nisbətən aşağı səviyyədə olduğunu və milli valyutanın uzun müddətdir sabit məzənnə ilə fəaliyyət göstərdiyini qeyd edib. İnvestisiya mühitinin formalaşdırılmasında siyasi və iqtisadi sabitliklə yanaşı, hüquqi və inzibati mühit, proqnozlaşdırıla bilən qaydalar, nəqliyyat və enerji infrastrukturu da mühüm rol oynayır.
Çıxışında ərzaq təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirilib. Qlobal miqyasda iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudlaşması, quraqlıq və təchizat zəncirlərində yarana biləcək problemlər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırır. Azərbaycanda daxili istehsal imkanlarının genişləndirilməsi və idxaldan asılılığın azaldılması bu istiqamətdə əsas məsələlərdən biri kimi təqdim olunur. Bu isə kənd təsərrüfatı, müasir suvarma sistemləri, aqrotexnologiyalar və ərzaq emalı sahələrinə yeni investisiya imkanları yaradır.
Cənab Prezident bildirib ki, rəqəmsal transformasiya Azərbaycanın gələcək inkişaf gündəliyində ayrıca istiqamət kimi nəzərdən keçirilir. Süni intellekt, data mərkəzləri, kibertəhlükəsizlik, fiber-optik infrastruktur və rəqəmsal xidmətlər bu sahənin əsas komponentlərindəndir. Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları və rəqəmsal bağlantıları ölkənin regional rəqəmsal mərkəzlərdən birinə çevrilməsi üçün müvafiq imkanlar yaradır. Bütün bu istiqamətlərin inkişafında insan kapitalının rolu xüsusilə böyükdür. Müasir iqtisadiyyat yalnız maliyyə və texnologiya deyil, həm də yüksək ixtisaslı, peşəkar və innovativ düşüncəyə malik kadrlar tələb edir. Prezident çıxışında xaricdə təhsil proqramlarının və kadr hazırlığının əhəmiyyətini vurğulayıb.
Çıxışda bildirilib ki, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də iqtisadi artımın strukturunun daha da şaxələndirilməsidir. ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çox olsa da, ixrac strukturunda neft və qazın xüsusi çəkisi hələ də yüksəkdir. Bu baxımdan qarşıdakı dövrdə qeyri-neft və qeyri-qaz məhsullarının ixracının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsulların dünya bazarlarına çıxarılması xüsusi əhəmiyyət kəsb edir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın iqtisadi inkişafının yalnız bir istiqamətlə məhdudlaşmadığını göstərir. Enerji, nəqliyyat və logistika, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, süni intellekt, infrastruktur və insan kapitalı bir-birini tamamlayan əsas inkişaf istiqamətləri kimi təqdim olunur.
Yeni mərhələ ölkəmizin iqtisadi istiqamətlərini formalaşdırmaq, qeyri-neft sektorunun potensialını genişləndirmək, qlobal iqtisadi prossesdə daha fəal mövqe tutmaq məqsədi ilə səciyyələnir.
Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

