Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

04.10.2026 [12:20]

Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə, o cümlədən silahlanmaya və infrastrukturun möhkəmləndirilməsinə yüz milyonlarla dollar xərcləyir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze televiziya efirində bildirib.

Hökumət başçısının sözlərinə görə, müdafiəyə ayrılan vəsaitlərin təfərrüatları məxfi məlumatlardır.

“Güclü müdafiəyə və dövlətin illər ərzində müdafiə üçün nəsə alıb-almamasına gəldikdə, hər il yüz milyonlarla vəsait xərclənir. Sizə ətraflı məlumat verə bilmərəm, bu, məxfi saxlanılır. Çünki heç kim bütün bunların hansı konkret silahlanmaya xərcləndiyini bilməməlidir. Hər il yüz milyonlarla vəsait silahlanma və infrastruktur da daxil olmaqla müdafiə sisteminin gücləndirilməsinə xərclənir”, - deyə İ.Kobaxidze vurğulayıb.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31