Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
06.12.2017 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirilib.
Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin 20 ildən artıqdır ki, keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlətimizin başçısı İranın Ali Rəhbəri və İran Prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğulayıb.
Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, eyni zamanda, Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran Prezidentinin minnətdarlığını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 Aprel 23:00
Dünya
29 Aprel 21:33
Gündəm
29 Aprel 20:34
Siyasət
29 Aprel 19:43
Xəbər lenti
29 Aprel 18:42
Siyasət
29 Aprel 18:38
İqtisadiyyat
29 Aprel 17:35
Maraqlı
29 Aprel 17:14
YAP xəbərləri
29 Aprel 16:54
Dünya
29 Aprel 16:45
İdman
29 Aprel 16:24
Xəbər lenti
29 Aprel 15:55
Xəbər lenti
29 Aprel 15:28
Xəbər lenti
29 Aprel 15:14
Xəbər lenti
29 Aprel 15:08
Avropa
29 Aprel 14:54
Sosial
29 Aprel 14:28
Siyasət
29 Aprel 14:02
Xəbər lenti
29 Aprel 13:58
Dünya
29 Aprel 13:57
Xəbər lenti
29 Aprel 13:17
Dünya
29 Aprel 13:04
Xəbər lenti
29 Aprel 12:49
Xəbər lenti
29 Aprel 12:38
Siyasət
29 Aprel 12:18
Xəbər lenti
29 Aprel 12:07
Dünya
29 Aprel 11:41
Xəbər lenti
29 Aprel 11:34
Sosial
29 Aprel 11:20
Gündəm
29 Aprel 11:14
Xəbər lenti
29 Aprel 11:06
Xəbər lenti
29 Aprel 10:59
İqtisadiyyat
29 Aprel 10:34
İqtisadiyyat
29 Aprel 10:31
Xəbər lenti
29 Aprel 10:30
Siyasət
29 Aprel 10:23
Xəbər lenti
29 Aprel 10:00
Gündəm
28 Aprel 22:42
Xəbər lenti
28 Aprel 19:09
Xəbər lenti
28 Aprel 17:24
Xəbər lenti
28 Aprel 14:43
İdman
28 Aprel 14:10
Xəbər lenti
28 Aprel 12:24
Sosial
28 Aprel 11:52
Dünya
28 Aprel 11:30
Dünya
28 Aprel 11:29
Xəbər lenti
28 Aprel 11:17
Xəbər lenti
28 Aprel 10:00
Xəbər lenti
27 Aprel 20:01
Xəbər lenti
27 Aprel 18:56
Dünya
27 Aprel 18:01
Xəbər lenti
27 Aprel 17:04
Xəbər lenti
27 Aprel 16:28
Dünya
27 Aprel 16:00
Xəbər lenti
27 Aprel 15:11
İqtisadiyyat
27 Aprel 15:08
Xəbər lenti
27 Aprel 15:07
Xəbər lenti
27 Aprel 13:49
Xəbər lenti
27 Aprel 13:01
Xəbər lenti
27 Aprel 12:25
Dünya
27 Aprel 12:23
Mədəniyyət
27 Aprel 11:35
Sosial
27 Aprel 11:25
Ədəbiyyat
27 Aprel 11:15
Siyasət
27 Aprel 11:10
MEDİA
27 Aprel 11:00
Siyasət
27 Aprel 10:50
Gündəm
27 Aprel 10:42
İqtisadiyyat
27 Aprel 10:37
Siyasət
27 Aprel 10:34