“Astana formatı” reallaşır...
27.04.2024 [10:42]
XİN başçıları Qazaxıstanda görüşəcək
Cənubi Qafqazda münasibətlərin normallaşması prosesi qlobal miqyasda diqqətlə izlənir. Bunun nəticəsidir ki, ayrı-ayrı vaxtlarda bir sıra dövlətlər bu məsələnin həlli ilə bağlı açıq münasibət sərgiləyiblər. Bütünlükdə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan isə məsələlərin həlli ilə bağlı ikitərəfli görüşlərin neytral zonalarda - hər iki ölkə üçün uyğun sayılan məkanlarda keçirilməsinə hər zaman tərəfdar olub. Bizim üçün əsas məsələ müdaxilə edilmədən iki tərəfin münasibətlərinin müəyyənləşməsi istiqamətində uğurların əldə edilməsidir.
Yeri gəlmişkən, aprel ayında iki dövlətin müvafiq delimitasiya və demarkasiya komissiyalarının görüşü və əldə olunan razılıqlar sülh prosesində yeni mərhələ başladıb. Artıq sülhlə bağlı mövqelər aydın şəkildə ifadə olunur və ikitərəfli görüşlərin intensiv hal alması mütləq şərtə çevrilib. Təsadüfi deyil ki, iki ölkənin XİN başçılarının yeni görüşü də planlaşdırılır. Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bildirib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.
Ermənistan tərəfi də görüşlə bağlı məsələyə razıdır - lakin dəqiq tarix hələ razılaşdırılmayıb. Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və istənilən danışıq platformalarını dəstəkləyir.
Son proseslər mövqelərin yaxınlaşmasından xəbər verir
Azərbaycan sülh gündəliyini dəstəkləyir - ölkəmizin sülh prosesi ilə bağlı mövqeyi bəlli və şəffafdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər, eyni zamanda, dekabr və apreldə əldə olunan razılıqlar iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - artıq iki dövlətin sərhədlərinə ilk dirəklərin basdırılması faktı fikri daha real edir. Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, COP29-a ev sahibliyini dəstəkləməsi, 4 kəndin dinc yolla qaytarılması siyasi razılaşmalar üçün mühüm baza sayıla bilər. İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının daha da gücləndirilməsinə töhfə verməyə istiqamətlənməlidir - başqa sözlə, Paşinyan hakimiyyətinin ortaya qoyacağı siyasi iradə sülhün imzalanmasını daha da tezləşdirə bilər...
Qazaxıstan prosesin müsbət nəticəsində maraqlıdır...
Cənubi Qafqazda sülhün və davamlı sabitliyin formalaşması isə böyük bir coğrafiyanın - Orta Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üçün mühüm imkanlar, perspektivlər formalaşdırır. Şərq -Qərb tranzitinin yeni seqmenti kimi ortaya çıxacaq bu tranzit imkanlar bütövlükdə, qlobal iqtisadi münasibətlərə yeni ruh vəd edir. Bunun nəticəsidir ki, regonal layihələrin müzüm tərəfdaşları bu prosesin uğurlu həllinə nail olunmasının tərəfdarı kimi çıxış edir. Vurğulanmalıdır ki, Astananın yeni dönəmdə Ermənistan ilə Azərbaycan arasında müzakirə platformasına çevrilməsi imkanları bu ayın ortalarında Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin İrəvana səfəri zamanı müzakirə predmeti olmuşdu. Qazaxıstan Prezidentinin Astananın İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlamasını önə çəkməsi, xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi isə bu fikirləri daha da qətiləşdirmişdi. Kasım-Jomart Tokayev İrəvanda brifinqdə bildirmişdi ki, “Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”.
Görünən budur ki, Astana regionun gələcək sabit inkişafında maraqlı olduğunu artıq əməli fəaliyyəti ilə ortaya qoymaqda israrlıdır. Həm Orta Dəhliz seqmentində, həm də TDT platformasında Azərbaycanla tərəfdaş olan Qazaxıstan bölgədə münasibətlərin tənzimlənməsində, Şərq-Qərb tranzitinin diversifikasiya edilməsini istəyir. Eyni zamanda, Tokayevin cəmisi bir ay öncə Bakıya səfər etməsi də diqqətdən yayınmamalıdır. Təbii olaraq, Tokayev Azərbaycanın mövqeyini dəqiqləşdirib və İrəvandan “verilən bəyanat” bunun göstəricisidir. Qazaxıstan Azərbaycan tərəfinin şərtlərini bilir və sülhün yalnız bu çərçivədə imzalamaq perspektivini anlayır. Bu mənada, hələlik XİN başçıları səviyyəsində danışıqlar prosesinin yeni coğrafiyaya daşınması müsbət perspektivin ilkin işartısıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03

