Diplomların tanınması ilə bağlı YENİ QAYDALAR
08.02.2023 [10:38]
Xaricdə təhsil alanların sayı artacaq
Yeganə BAYRAMOVA
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeni qaydalar təsdiqlənib. Yeni meyarlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda əks olunub.
Məlumdur ki, xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı müxtəlif problemlər mövcud idi. Buna səbəb isə bəzi hallarda tələbələrin məlumatsızlığı olurdu. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat almadan xaricdə təhsil almağa üstünlük verirdilər. Sonda isə zamanlarını boş yerə sərf edir və Azərbaycanda tanınmayan, keçərsiz olan diplom alırdılar. Diplomların tanınması ilə bağlı yeni qaydalar isə bu sahədəki anlaşılmazlıqların aradan qaldırılmasını təmin edir.
Notarial tərcümələrin təsdiqinə ehtiyac yoxdur
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi yeni dəyişikliklərin müsbət hal olduğunu qeyd edib. Ekspert bildirib ki, dəyişikliyə görə, tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Yəni tələbələr daha təhsil aldıqlar dildən imtahan verməyəcəklər: “Bundan başqa, xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq. Yeni qaydalarda Səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu, doğru addımdır. Təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu da çox yaxşı dəyişiklikdir.
Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və dissertasiya işi yazmayan şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı və magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil diplomlarının tam tanınması mümkün hesab ediləcək.
Narazılıqlar minimuma enəcək
E.Əfəndi vurğulayıb ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qərar ilk növbədə xaricdə təhsilalma prosesini sadələşdirəcək. Ekspertin sözlərinə görə, yeni qaydalarda əmək və akademik məqamlar əsas götürülür: “Məsələn, hansısa tələbənin xaricdə təhsil aldığı ixtisasa ölkəmizin əmək bazarında yer yoxdur. Bu zaman həmin ixtisasa uyğunluqla bağlı tələbənin Azərbaycanda təcrübə keçməsi yaxud müəyyən biliklərin əldə edilməsinə imkan yaradılır. Tələbə qəbul edirsə, təhsil aldığı ixtisas üzrə imtahan keçirilir və daha sonra onun diplomunun tanınmasına imkan verilir. Məlumdur ki, xaricdə təhsil alan şəxslərin diplomlarının ölkəmizdə tanınması ilə bağlı zaman-zaman narazılıqlar olurdu, yüzlərlə tələbə öz etirazını bildirirdi. Ancaq yeni qərarlar sayəsində bundan sonra həmin etirazların sayı minimuma enəcək. Vətəndaşlar etiraz üçün məhkəməyə müraciət edirdilərsə, artıq Agentliyin tərkibindəki Appelyasiya Komissiyasına müraciət edib məsələyə yenidən baxılmasına nail ola bilərlər”.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

