Güzgü effekti nədir?
11.10.2023 [11:47]
M.BAYRAMLI
Belə bir deyim var, əgər insanın xoşuna gəlmək istəyirsinizsə, onu təqlid edin. Çünki insanlar özlərinə bənzəyən insanlara daha çox güvənir və özlərini onlara daha yaxın hiss edirlər. Belə insanlara ictimai xamelyon, prosesə isə güzgü effekti deyirlər. Bu zaman kənardan onların daima necə dəyişdiyini, hər kəslə uyğunlaşaraq necə şəkildən-şəklə düşdükləri aydın görə bilərsiniz. Bu xüsusiyyəti özündə ehtiva edən peşə sahibləri sözsüz ki, aktyorlar və parodiya ustalarıdır. Axı onların işləri elə təqliddən keçir.
Bəs güzgü effekti nədir?
Güzgü effekti beynin ön hissəsindəki güzgü neyronları tərəfindən həyata keçirilən neyrobioloji bir prosesdir. Bu da bizim münasibətdə olduğumuz insanın duyğularını və düşüncələrini anlamaq, proqnozlaşdırmaq və ya təqlid etməyə kömək edir.
Sadə misal ilə izah edək. Yəqin film izləyərkən aktyorun keçirdiyi sevinc, qorxu və ya həyəcanını hiss etmişik? Bu zaman simamızda onun hissi duyğuları əks olunur. O sevinirsə, biz də sevinir, o üzülürsə, biz də üzülürük. Yəni, diqqətlə izlədiyimiz zaman avtomatik olaraq onun jest və mimikasını təqlid etmiş oluruq. Bax, buna güzgü effekti deyirlər. Bir növ, güzgü neyronları empatiyanın neyrobioloji ekvivalentidir. Jak Lakanın güzgü nəzəriyyəsinə görə, güzgü effekti güzgü neyronları sayəsində empatiya qurmağın bir yolu olsa da, müdafiə mexanizmi kimi də fəaliyyət göstərə bilər. Güzgü effektini anlamaq və bu anlayışdan şüurlu şəkildə istifadə etmək gündəlik münasibətlərimizə əhəmiyyətli dərəcədə təsir edə bilər.
Karl Qustav Yunq isə deyir ki, başqalarının bəyənmədiyimiz xüsusiyyətləri özümüzü tapmağımıza kömək edə bilərmiş. Biz şəxsiyyətimizi bu empatik münasibətlər və təqlid mexanizmləri vasitəsilə qururuq. Mənfi cəhətlərini özünə etiraf edə bilməyən insanlar adətən başqalarındakı mənfi cəhətləri daha tez görürlər. Başqalarında gördükləri və ya axtardıqları qüsurlar əslində özlərində mövcuddur. Yəni insan kimisə tənqid edəndə əslində özünü tənqid edir və öz şəxsiyyətinə güzgü tutmuş olur.
Kimlərisə təqlid etmək əvəzinə, onların yaxşı xüsusiyyətlərini özünüzə aşılayın, üzərinə də ruhunuzu və xarakterinizi qatdığınız təqdirdə həyat daha rəngarəng olacaq. Ən əsası, aynadakı insanı sevməyi unutmayın!
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

