Birinci Avropa oyunlarının məşəli Ağcabədidə
13.05.2015 [10:25]
Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən daha bir diyarı - Ağcabədi olub.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi keçirilib.
Rayonun minlərlə sakininin alqış sədaları altında Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlanıb. Üzeyir Hacıbəyli və Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən sevinc və hərarətlə qarşılanıb. Sonuncu yürüşçü - rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırıb. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim edib. Çıraq Birinci Avropa Oyunlarının sonunadək rayonda qalacaq.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Yürüşdə iştirak edən sonuncu məşəlçi Eldəniz Qənbərov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Çox həyəcanlıyam. Məşəli alovlandırmaq mənə nəsib olduğu üçün sevincimin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançılarına uğurlar arzulayıram. Qoy yarışlarda üç rəngli, ay-ulduzlu bayrağımız ucalsın, dövlət himnimiz səslənsin”.
Məşəl estafetini qarşılayan rayon sakini Mais İbrahimov yaşadığı anları belə ifadə edib: “Fotoqraf kimi indiyədək çox tədbirlərdə çəkilişlər aparmışam. Bugünkü coşqunu, insanların fərəh və sevincini sözlə ifadə etmək çətindir. Məşəl estafetinin tarixi anlarını kadrlara köçürdüyüm üçün özümü xoşbəxt sanıram”.
Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Xanım Əliyeva isə deyib: “Biz fərəhli, unudulmaz bir gün yaşayırıq. Birinci Avropa Oyunlarının məşəli bizim rayona da gəlib çıxdı. Bu günün sevincini birgə yaşamaq üçün müəllim yoldaşlarım və şagirdlərimlə gəlmişəm. İnanıram ki, Alov estafeti, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin vətənpərvərlik hisslərini daha da artıracaq və onların yaddaşlarında uzun müddət qalacaq”.
Ağcabədi şəhər sakini Tofiq Zeynalov deyib ki, son zamanlar Ağcabədidə bir çox tədbirlər, musiqi festivalları və müsabiqələr, təntənəli mərasimlər keçirilir. Ancaq bu möhtəşəm tədbirin özünəməxsus yeri var. Birinci Avropa Oyunları sayəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanıyacaq. Bütün bunlara görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarıq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

