Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
16.11.2018 [10:06]
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir. Komitədən qəzetimizə verilən məlumata görə, əvvəlcə nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.
Daha sonra nümayəndə heyətinin Meksikanın Los-Ancelesdəki baş konsulu Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüşü olub. Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verilib. Eyni zamanda, ABŞ-dakı Meksika diasporunun tarixi, inkişaf prosesi, problemləri müzakirə olunub, bu ölkədəki Azərbaycan və Meksika diasporunun birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin növbəti görüşü San-Dieqo - Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutub. Görüşdə Kaliforniyanın ən böyük şəhərlərindən biri olan San-Dieqo ilə əməkdaşlığın zəruriliyi vurğulanıb. Tərəflər ABŞ-da Azərbaycan mədəniyyətinin tanıdılması və həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi ilə bağlı razılığa gəliblər.
Los-Anceles səfəri çərçivəsində Koreya-Asiya icmasının 40 nəfər üzvü ilə keçirilən görüşdə Azərbaycanın tolerantlıq modeli haqqında qısametrajlı film nümayiş etdirilib. Daha sonra Azərbaycanın Asiya ölkələri, xüsusilə Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və Azərbaycan diasporunun dünyadakı mövcud vəziyyəti barədə məlumat verilib. Azərbaycan haqqında sual-cavab formatında baş tutan görüşün sonunda hər iki icmanın nümayəndələri Kaliforniyada öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etməyi qərara alıblar.
Bundan başqa, Şimali Amerika Yəhudi Federasiyalarının İdarə Heyətinin sabiq sədri Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun İdarə Heyətinin üzvü Riçard Sandler ilə də görüş olub. Görüşdə əsasən Azərbaycan və yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələr, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə keçirilən tədbirə qatılıb. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi barədə danışıb, hər iki icmanın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

