“Əyilməz Fransa” partiyası Makronu impiçment proseduruna başlamaqla hədələyib
19.08.2024 [12:10]
“Əyilməz Fransa” siyasi partiyası Prezident Emmanuel Makronu impiçment proseduruna başlamaqla hədələyib.
AZƏRTAC xəbər verir ki, partiyanın üzvləri Emmanuel Makronu iyulda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığı və sosialist siyasi qüvvələrin irəli sürdükləri namizədi Baş nazir təyin etməkdən imtina etdiyi üçün onu demokratiyaya zərbə vurmaqda, həmçinin dövlət çevrilişinə cəhddə günahlandırıraq, ona qarşı impiçment proseduru başlamaqla hədələyiblər.
“Emmanuel Makron bilməlidir ki, o, bizi demokratiyanın təməl qaydasına qarşı atdığı pis addıma tabe etdirə bilməyəcək və onun istefa verməsi üçün bütün konstitusion vasitələrdən istifadə olunacaq. Fransada yeganə hakim xalqın səsidir”, - deyə partiyanın deputatları mətbuata açıqlamasında qeyd ediblər. Onlar bildirirlər ki, dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi dəyərləndirilə bilər.
Buna görə də onlar Konstitusiyanın 68-ci maddəsinə istinad edirlər ki, bu maddə də parlamentə Prezidenti mandatı ilə açıq şəkildə uyğun gəlməyən vəzifələri yerinə yetirdiyinə görə vəzifədən azad etməyə imkan verir.
“Aydındır ki, parlament seçkilərini nəzərə almaqdan imtina və ona məhəl qoymamaq barədə qərar prezident mandatının əsas tələblərinə cavab verməməkdə qınanılan uğursuzluqdur”, - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, E. Makronun partiyası parlament seçkilərində iflasa uğrayandan sonra seçicilərin səsinin əksəriyyətini toplamış “Əyilməz Fransa” partiyasının qələbəsini tanımayıb. Həmçinin o, idarə etmək üçün Assambleyada kifayət qədər çoxluq qazana bilməyəcəyini anlayaraq, Yeni Xalq Cəbhəsi (NFP) qrupunun nümayəndəsi Lusi Kastetin Baş nazir təyin olunmasını rədd edib.
Emmanuel Makron seçkilərdən demək olar ayyarım sonra hökuməti formalaşdırmaq üçün avqustun 23-də siyasi qüvvələrin rəhbərləri ilə görüşəcək.
Fransanın Baş naziri vəzifəsinə namizəd kimi Ksavye Bertran (Xavier Bertrand) və hətta keçmiş sosialist baş nazir Bernar Kaznövün (Bernard Cazeneuve) adları səsləndirilir.
Qeyd edək ki, bu yaxınlarda keçirilən sosial sorğu fransalıların 57 faizinin dövlət başçısının istefaya getməsini istədiyini göstərdi. Hətta onun “Renaissance” partiyasının tərəfdarlarının 30 faizi hesab edir ki, seçkilərdə məğlubiyyət səbəbindən və Baş nazirin siyasi opponentlər düşərgəsindən təyin olunacağı təqdirdə, Makron ölkəyə rəhbərlik edə bilməyəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59

