Kanada beynəlxalq qanunları necə pozur?
27.09.2024 [09:25]
Yerli əhali fransızca danışmağa məcbur edilir
Bəzi ölkələrin “büründükləri” “demokratiya və inkişaf örtüyü” sabun köpüyü qədər həssas və davamsızdır. Həmin örtüklərə ilk yaxınlaşmadaca bütün həqiqət ortaya tökülür və bu dövlətlər haqqında uydurulmuş utopik “yüksək fikirlərin” boş taftalogiyadan ibarət olması üzə çıxır. Görünən budur ki, həmin dövlətlər “demokratiya” və “insan hüquqları” kontentini yalnız öz maraqları üçün və ya təzyiq vasitəsi kimi istifadə edir.
Məsələn Fransa... Özünü “tarixi ölkə”, “demokratiyanın beşiyi” adlandıran Parisin tarixdə törətdiyi onlarla vəhşilik, soyqırımı, nekolonializm faktı, reliqiyafobiya və bu kimi qəbuledilməz hərəkətlər “göz oxşayır”. İşğal etdiyi ərazilərin əhalisini qul kimi istismar edən, onları kütləvi şəkildə qıran, həmin ərazilərin təbii sərvətlərini talan edən Fransa ayaq basdığı ərazilərin aborigen əhalisinə zülm edib. Bu gün Afrikada “fransızdilli” ölkələr kontentinin olması bunun faktoloji sübutudur. Fransanın apardığı “siyasətin” nəticəsidir ki, bu gün Afrikada öz dilini unudan xalqlar və ya topluluqlar var.
Parisin davamçısı...
Təəssüfləndirici haldır ki, bu kimi məsələlərdə Fransa tək deyil - onun davamçıları da var. Məsələn, aidiyyatı oldu - olmadı bütün ölkələrin işinə müdaxilə edən Kanada kimi. Kanadanın bəzi “məziyyətləri” hələ də sirr kimi saxlanılır. Bu ölkənin “cəlbedici” təbliğatının altında isə olduqca acı həqiqətlər yatır. Hətta bəzi məqamlarda bu həqiqətlər Fransanın apardığı soyqırımı siyasəti ilə eyni mahiyyəti daşıyır. Necə deyərlər, Kanada Fransanın davamçısına çevrilib...
BMT kürsüsündən SOS çağırışı: Kanada hökumətinin dil unutdurma siyasəti
Belə ki, Kanadanın şimal ərazisində yaşayan bəzi etnik xalqlar “dil soyqırımı”na məruz qalmaqdadırlar. Kanada hakimiyyəti onlara nəinki öz dillərində təhsil almağı, ümumiyyətlə danışmağı “unutdururlar”. Məsələn, yerli aborigen xalq olan inuitlər kimi...
Hesablamalara görə, 2051-ci ildə yalnız 4 faiz inuit ana dilində danışacaq (inuktut dili). Bu barədə BMT-nin xüsusi sessiyasında inuit xalqının nümayəndəsi və “Nunavut Tunngavik” adlı yerli xalqların müdafiəsi uğurunda təşkilatın rəhbəri Aluki Kotierk deyib. Onun hesablamalarını York universitetinin tədqiqatçısı Yan Martin də təsdiq edir.
Bəlli olur ki, hazırki proseslərin inkişafı məhz bu dilin və xalqın tamamilə sıradan çıxarılmasına hesablanıb. Özünün “demokratik təhsil sistemində” tarixi, hətta Kanadanın keçmişini özündə əks etdirən bir dilə yer tapmayan, bu dili qəbul etməyən bir dövlət hansı “demokratiyadan” və ya “insan hüququndan” danışır?
Fransanın “dil koloniyası”...
Yuxarıda, Kanadanı əbəs yerə Fransanın “davamçısı” adlandırmadıq - son dövrlərdə beynəlxalq hüquqa münasibətdə elə “fransız ədalətsizliyi” sərgiləyən Kanada Parisin bu və ya digər şəkildə təsiri altındadır. Yerli xalqların dillərində təhsilin olmasına imkan verməyən, bunun qarşısını alan, bir sözlə, “dil soyqırımı” həyata keçirən Kanada hökumətinin addımları mütəxəssislər tərəfindən linqvisid adlandırılır. Maraqlı məqam odur ki, öz ölkəsindəki tarixi dili unutduran, bu dilin sıradan çıxması üçün bütün gücünü səfərbər edən, Kanada hökuməti 2019-cu ildə Nunavute əyalətində fransız dilinin dəstəklənməsinə 39 dəfə çox vəsait ayırıb. Nunavut əyaləti əsasən yerli əhalinin, inuitlərin yaşadığı ərazini əhatə edir. Həmin ərazidə yerli xalqların dillərində 60 faizdən çox əhali danışır - demək ki, ərazisində yaşayan əhalinin yarıdan çoxunun danışdığı dili sıradan çıxarma bahasına Kanada hakimiyyəti bu ərazini də Fransanın “dil koloniyası”na çevirməyə çalışır.
Kanada hökuməti aborigenlərin təhsil və dil hüquqlarına qarşı...
Ortadakı faktlar acınacaqlı durumun hansı həddə olduğunu deməyə əsas verir - YUNESCO-nun məlumatlarına görə, Kanadada yerli xalqların danışdığı 90 dilin dörddən üçü yox olmaq təhlükəsi ilə üz-üzədir. Kanadanın Nunavut ərazisində yaşayan inuitlərin yerli təşkilatı olan “Nunavut Tunngavik”in məlumatına görə Arktik bölgədəki 43 məktəbdən yalnız biri 5-ci sinfədək ana dilinin öyrənilməsi kursunu təklif edir. 2016-cı ildə isə C.D. Howe Institute (Toronto) müəyyən etmişdi ki, Kanada rezervasiyalarında yaşayan 10 aborigendən yalnız 4-ü orta məktəbi bitirir. Halbuki Kanadanın yerli xalqları olmayanlar arasında bu göstərici 10 nəfərdən 9-dur. Göründüyü kimi, dil məhdudiyyəti insanları təhsil almaq hüququndan da məhrum edib.
İnuktut dilində təhsilin olmaması isə Nunavuta qanunvericliyinə ziddir. Eyni zamanda, bu 1992-ci ildə ATƏT-in Zelsinki görüşü çərçivəsində Kanadanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə ziddir. Paralel olaraq Kanada dövlətinin bu siyasəti BMT Baş Assambleyasının 1966-cı ildə qəbul etdiyi İqtisadi, sosial və mədəni hüquqlar barədə beynəlxalq paktı iloə tərs mütənasibidr. Halbuki Kanada dövləti bu sənədi ratifikasiya edib.
Acı nəticələr...
Təəssüfləndirici haldır ki, aşağı təhsil yerli xalqlar arasında başqa problemlərin də inkişaf etməsinə yol açır - işsizlik artır və bu da öz növbəsində yoxsulluğun genişlənməsinə gətirib çıxarır. Paralel olaraq bu vəziyyət kriminogen duruma da təsir göstərir - cinayətkarlıq artır. Bu, ticari-iqtisadi duruma da mənfi assosasiya yaradır - Nunavutedə qiymətlər Kanadanın digər bölgələri ilə müqayisədə 3,1 dəfə yüksəkdir. Beləliklə, Kanada hökumətinin yürütdüyü “dil soyqırımı” özlüyündə tarixi aborigen xalqların sıradan çıxmasına, təhsilsizliyə, cinayətkarlığın artmasına və ən əsası regionda Fransa patronajlığının yaranmasına yol açır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

