Astronomlar: Soyuq yad planet Yerin gələcəyinə işıq sala bilər
27.09.2024 [16:28]
Astronomlar bildirirlər ki, “ağ cırtdan” adlanan sönmüş ulduzun ətrafında fırlanan ilk qayalı planet milyardlarla il sonra Yerin vəziyyətinə dair fikir təqdim edir. Bu göy cismi göstərir ki, soyuq olmasına rəğmən planetimiz Günəşin sönməsindən sonra kosmosda kimsəsiz forposta çevrilə bilər.
AZƏRTAC “Nature Astronomy”” jurnalına istinadla xəbər verir ki, kütləsi Yerdən təqribən 1,9 dəfə böyük olan bu planet Havay adalarında yerləşən teleskopun məlumatları əsasında öyrənilir. Araşdırmaya görə, yeni kəşf edilən planet Günəş sistemindən təxminən 4200 işıq ili uzaqlıqda, Süd Yolu qalaktikasının mərkəzindəki qabarıq fəzanın yaxınlığındakı “ağ cırtdan”ın ətrafında fırlanır. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və təxminən 9,5 trilyon kilometrə bərabərdir.
“Ağ cırtdan” Günəşin kütləsindən bir və ya iki dəfə böyük olan adi bir ulduz olub. Onun hazırkı kütləsi isə Günəşin təxminən yarısına bərabərdir. Kütləsi Günəşdən səkkiz dəfə az olan ulduzlar, ulduz qalığının ən çox yayılmış növü olan “ağ cırtdan” kimi sönərək kiçilirlər.
Ev sahibi ulduzun “ölümündən” əvvəl yeni planet müəyyən bir məsafədə orbitə çıxıb. O, çox isti və ifrat dərəcədə soyuq deyil, səthində maye suyun mövcud ola biləcəyi və bəlkə də həyatı dəstəkləyəcəyi də ehtimal olunur. O, əvvəlcə Yerin Günəşə olan məsafəsi ilə eyni orbitdə fırlanırdı. Ulduzun sönməsindən sonra planet öz yerindən 2,1 dəfə uzaqda yerləşib.
Kaliforniya Universitetinin astronomu, tədqiqatın aparıcı müəllifi Janq Keminq bildirib ki, bu planet dondurucu bir dünyadır, çünki ondan daha kiçik olan “ağ cırtdan” normal ulduz olduğu dövrlə müqayisədə olduqca zəifdir.
Astronomlar bildirirlər ki, təxminən 4,5 milyard il yaşı olan Günəş də “ağ cırtdan”a çevriləcək. Kaliforniya Universitetinin astronomu və tədqiqatın həmmüəllifi Cessika Lu deyir: “Günəşimizin ömrünün sonunda o, nəhəng ölçülərə çatacaq. Astronomlar onu qırmızı nəhəng adlandırırlar, onun xarici təbəqələri küləklə yumşaq bir şəkildə sovrulacaq. Günəşimiz kütləsini itirdikcə, planetlərin orbitləri daha böyük ölçülərə qədər genişlənəcək. Nəhayət, Günəş bütün xarici təbəqələrini itirəcək və geridə isti nüvə kütləsi qalacaq. Buna “ağ cırtdan” deyilir”.
Alimlər Yerin 7 milyard il sonra meydana çıxacağı təxmin edilən qırmızı nəhəng fazasında məhv olub-olmayacağını müzakirə edirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

