Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyada 96 yaşlı qadın avtomobili təhlükəli sürdüyünə görə cəzalandırılıb

Britaniyada 96 yaşlı qadın avtomobili təhlükəli sürdüyünə görə cəzalandırılıb

30.09.2024 [18:36]

Birləşmiş Krallıqda 96 yaşlı Cune Mills avtomobili ilə səkiyə çıxaraq iki nəfəri vurub. O, Brenda Coys adlı 76 yaşlı qadının ölümünə və 80 yaşlı Cennifer Ensorun yaralanmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Cune Mills Liverpul məhkəməsində təhlükəli sürücülükdən irəli gələn ittihamla razılaşıb. Məhkəmə yaşlı qadının avtomobil idarəetmə qabiliyyətinin və sağlamlığının məhdud olduğunu nəzərə alaraq onu 18 aylıq şərti həbs cəzasına məhkum edib.

Cune Mills Birləşmiş Krallıqda təhlükəli sürücülüyə görə məhkum edilən ən yaşlı şəxs sayılır. Hadisə Britaniyada yaşlı sürücülərin təhlükəsizliyi və onların sürücülük hüquqları ilə bağlı müzakirələrə səbəb olub.

Ağır qəza törədən 96 yaşlı qadın məhkəmə tərəfindən 1500 funt sterlinq məbləğində cərimə və 500 funt sterlinqlik məhkəmə xərclərini ödəməyə məhkum edilib. O, həmçinin beş il müddətinə sürücülük hüququndan məhrum olunub.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31