“Google” yeni təhlükəsizlik qaydalarını təqdim edib
01.10.2024 [11:33]
“Google” şirkəti sentyabrın 30-dan etibarən hesabların təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi ilə “Gmail” poçtu üçün yeni qaydaları təqdim edib. Milyonlarla istifadəçi daha az etibarlı sayılan proqramlardan, eləcə də müasir təhlükəsizlik protokollarını dəstəkləməyən cihazlardan istifadə etməklə yalnız istifadəçi adı və parol vasitəsilə öz məlumatlarına daxil ola bilməyəcək.
AZƏRTAC “Forbes” nəşrinə istinadla xəbər verir ki, bu qərar “Google” şirkətinin öz xidmətlərinin təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması üzrə bir il əvvəl elan etdiyi genişmiqyaslı kampaniyasının bir hissəsidir və istifadəçilərə, habelə proqram tərtibatçılarına yeni qaydalara uyğunlaşmaq üçün vaxt verir. Son bir ay ərzində şirkət bütün populyar platformalarda (“Windows”, “macOS”, “Linux”, “Android”) özünün “Chrome” brauzeri üçün giriş düymələri də daxil olmaqla yeni təhlükəsizlik texnologiyasını fəal şəkildə tətbiq edir.
Yeni təhlükəsizlik sistemi məlumatların daha etibarlı mühafizəsini təmin edən “OAuth” avtorizasiyası protokoluna keçidi nəzərdə tutur. Siz daha “CalDAV”, “CardDAV”, IMAP, POP və “Google Sync” şəbəkə protokolları vasitəsilə yalnız istifadəçi adınızı və şifrənizi istifadə edərək “Gmail”ə daxil ola bilməyəcəksiniz.
Qeyd etmək vacibdir ki, dəyişikliklər yalnız “Google Workspace” istifadəçilərinə təsir edəcək. Şəxsi “Gmail” hesablarının sahibləri poçtlarına daxil olmaqdan narahat deyillər, lakin onlar bilməlidirlər ki, elektron poçt müştərisindən istifadə edərək IMAP girişi indi yalnız istifadəçi adı və şifrənizi ötürmədən üçüncü tərəfin tətbiqinə imkan verən “OAuth” (Açıq avtorizasiya) protokolu vasitəsilə həyata keçiriləcək.
“Google” yeni qaydalar qüvvəyə mindikdən sonra elektor poçta daxil olmaqda problemlərin qarşısını almaq üçün bir sıra addımlar atmağı tövsiyə edir. Xüsusilə, “Outlook 2016” və əvvəlki elektron poçt müştərisinin istifadəçiləri Microsoft 365-ə və ya “Windows” və “Mac” üçün “Outlook”un cari versiyalarına girişi təkmilləşdirməli olacaqlar.
Həmçinin “Thunderbird” və digər elektron poçt istifadəçisi öz “Google” hesabını yenidən əlavə etməli və “OAuth” vasitəsilə IMAP ilə işləmək üçün onun konfiqurasiyasını həyata keçirməlidir. Nəhayət, “iOS” və “macOS”da Mail tətbiqi istifadəçiləri “OAuth”u aktivləşdirmək üçün “Google” hesabına daxil olma seçimindən istifadə etməli olacaqlar ki, bu da hesabın silinməsi və yenidən əlavə edilməsini tələb edir.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

