Qərbə növbəti “zərbə”
04.10.2024 [07:59]
Gürcüstanda qəbul olunan yeni qanun LGBT təbliğatını qadağan edir...
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı baş verənlər səngiməmiş yeni prosesə start verilib. Belə ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili LGBT təbliğatını qadağan edən qanunu imzalayıb. Bu barədə Papuaşvilinin Facebook-da yerləşdirilən bəyanatında bildirilib. “Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram. İmzaladığım qanun indiki müvəqqəti, dəyişən ideyaları, ideologiyaları əks etdirmir. O, sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlər boyu möhkəmlənən xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır”.
Papuaşvili prezidentin qanunu imzalamaqdan imtina etmək qərarını “simvolik” adlandırıb. Parlament sədrinin sözlərinə görə, ölkə başçısı qanunun Qərb tərəfdaşlarının qınağına səbəb olacağını yaxşı bilir. “Gürcülər heç vaxt başqalarının qiymətləndirməsindən qorxmayıblar”, - deyib.
Yeni qanun layihəsinə görə...
Qeyd edək ki, bir müddət öncə prezident Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi və şərh vermədən parlamentə qaytardığı qanun layihəsi sentyabrın 17-də Gürcüstan parlamentində qəbul olunub. Qanun layihəsinin məqsədi nikah, yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və qəyyumluq, cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi prosedurların tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirməkdir. Belə ki, dəyişikliklərə əsasən, kişi və qadının nikahından başqa hər hansı nikahın qeydə alınmasına, yetkinlik yaşına çatmayanların homoseksual cütlüklər tərəfindən övladlığa götürülməsinə və cinsiyyətin dəyişdirilməsi əməliyyatına qadağa qoyulur, əks halda 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (555 dollardan çox), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimə olunacaqlar. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan ediləcək. LGBT mövzulu reklamların yayılmasına görə fiziki şəxslər 800 lari (təxminən 297 dollar), hüquqi şəxslər 2,5 min lari (təxminən 929 dollar) məbləğində cərimələnəcək. Yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətin dəyişdirilməsi və ya homoseksual münasibətlər haqqında materialların yayılmasına görə fiziki şəxslər min lari (təxminən 371 dollar), hüquqi şəxslər üçün 3 min lari (1,1 min dollardan çox) məbləğində cərimə ediləcək. LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimə ilə nəticələnən pozuntular iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə də cəzalandırılır.
Qeyd edək ki, parlamentin müxalifət fraksiyası müzakirələrdə və layihənin səsverməsində iştirak etməyib. Qanun layihəsini 81 deputat dəstəkləyib.
Aİ çağırış etdi - narahatıq...
Qərbin siyasi analitikləri ard-arda qəbul edilən iki strateji qanunun Gürcüstanı “Avropadan bir az daha uzaqlaşdırdığı”nı düşünürlər. Buna əsas səbəb isə qəbul edilən qanun layihəsinə “qoca qitə”dən gələn reaksiyalardır. Belə ki, Avropa İttifaqının ali nümayəndəsinin mətbuat katibi Piter Stano verdiyi açıqlamada təmsil etdiyi qurumun “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi” ilə bağlı qanun layihəsinin qəbulunu “tələsik” adlandırıb, bunu pisləyib. Verilən açıqlamada bildirilir ki, bu layihə Gürcüstan vətəndaşlarının “fundamental hüquqlarını” pozur və əhalinin bir hissəsi arasında damğalanma və ayrı-seçkiliyin artması təhlükəsi yaradır: “Avropa İttifaqı quruma inteqrasiya üçün əhəmiyyətli təsirləri olan mühüm qanunvericiliyin adekvat ictimai məsləhətləşmələr və onun Avropa və beynəlxalq standartlara uyğunluğunun dərin təhlili aparılmadan qəbul edilməsindən narahatdır”.
Qeyd edək ki, hər il Avropa Komissiyasının Genişlənmə Hesabatında qiymətləndirildiyi kimi, insan hüquqlarının təşviqi və müdafiəsi İttifaqın genişlənmə prosesinin əsasını təşkil edir. Bu isə o deməkdir ki, qəbul edilən qanun Aİ-nin genişlənmə planı ilə üst-üstə düşmür. Başqa sözlə, Gürcüstanın ailə dəyərlərinin qorunması istiqamətində atdığı addım Aİ-nin “prinsipləri” ilə uzlaşmır. Bu mənada, Avropa İttifaqı Gürcüstan hakimiyyətini bu qanunvericilik paketinə tamamilə yenidən baxmağa çağırış edib - verilən açıqlamalarda açıq şəkildə göstərilir ki, belə bir qanun layihəsinin qəbulu “Xarici təsirlərin şəffaflığı haqqında” qanununun vətəndaş cəmiyyətinə tətbiq etdiyi “məhdudiyyətlərin” ardından Gürcüstanın İttifaqa inteqrasiyasına təsir edəcək - münasibətləri daha da gərginləşdirəcək. Peter Stano Gürcüstan hakimiyyətinə Avropa İttifaqına üzvlük prosesinin faktiki olaraq dayandırıldığını xatırladıb və onları Aİ-yə inteqrasiya yoluna qayıtmağa çağırıb.
Sanksiyalar genişlənir - vizasız rejimin ləğvi aktualdır...
Xatırladaq ki, bu ilin mayında “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra Qərbin Gürcüstana münasibəti tam dəyişib. Qərb son bir neçə ayda Gürcüstana qarşı demək olar ki, bütün mümkün sanksiyaları tətbiq etməkdən çəkinməyib. Belə ki, ABŞ Gürcüstana maliyyə yardımı proqramını, Avropa İttifaqı isə Gürcüstan Müdafiə Nazirliyinin maliyyələşdirilməsini dayandırıb. Eyni zamanda, qanun layihəsinin müəlliflərinin ABŞ-a girişi məhdudlaşdırılıb. Paralel olaraq Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejiminin də ləğvi aktualdır. Aİ-nin Tbilisidəki səfiri Pavel Xerçinski bir neçə gün öncə “Kommersant”a açıqlamasında bildirmişdi ki, Brüssel Gürcüstan hakimiyyətinin hərəkətlərinin qeyri-demokratik trayektoriyası davam edərsə, Gürcüstanla vizasız rejimin dayandırılmasının mümkünlüyünü istisna etmir. “Son aylarda Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında məsafə getdikcə artmaqdadır. Vəziyyət daha da pisləşərsə, Brüssel müxtəlif təsir alətlərindən istifadə etməyə hazırdır. Vizasız rejimin müvəqqəti dayandırılması belə alətlərdən biridir”.
Səfir bildirmişdi ki, Aİ oktyabrın 26-da keçiriləcək parlament seçkisinə hazırlığı diqqətlə izləyir və bu seçkinin ədalətli və azad olacağına ümid edir. Əks halda, Aİ seçkidən dərhal sonra Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandıracaq.
Ən maraqlı detal isə vizasız rejimin ləğvi ilə bağlı qərarın Avropa Komissiyasının “təşəbbüsü” ilə irəli sürülmə ehtimalıdır - belə olacağı halda rejimin ləğvinə Aİ-yə üzv olan bütün ölkələrin yekdil dəstəyi tələb edilməyəcək.
Xatırladaq ki, Gürcüstan vətəndaşları 2017-ci ilin yazından Şengen ölkələrinə vizasız gediş-gəliş hüququndan istifadə edirlər. O vaxtdan bəri 250-300 min Gürcüstan vətəndaşı vizasız rejimdən istifadə edib.
Seçkilər diqqət mərkəzindədir...
Göründüyü kimi, Gürcüstanda oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinin yaxınlaşması vəziyyəti daha da gərginləşdirir. Qərb ard-arda qəbul edilən adıçəkilən qanunların onun ölkədəki “dayaqlarına” mühüm təsirlər göstərəcəyini düşünür. Bəzi analitiklər açıq şəkildə bildirirlər ki, builki seçkilərdə bütün hallar gözləniləndir - hətta Qərbin müstəqil siyasi kurs yürütməyə çalışan hazırkı hakimiyyəti seçki yolu ilə devirmək, qərbyönlü qüvvələri hakimiyyətə gətirmək planları da mövcuddur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Noyabr 22:35
İdman
06 Noyabr 22:14
Dünya
06 Noyabr 21:48
Xəbər lenti
06 Noyabr 21:29
Xəbər lenti
06 Noyabr 21:17
İqtisadiyyat
06 Noyabr 20:56
Dünya
06 Noyabr 20:37
Sosial
06 Noyabr 20:14
Hərbi
06 Noyabr 19:47
COP29
06 Noyabr 19:31
Sosial
06 Noyabr 19:12
YAP xəbərləri
06 Noyabr 18:58
COP29
06 Noyabr 18:41
Elm
06 Noyabr 18:41
Siyasət
06 Noyabr 18:30
Dünya
06 Noyabr 18:27
Siyasət
06 Noyabr 18:21
Siyasət
06 Noyabr 18:14
Maraqlı
06 Noyabr 18:09
YAP xəbərləri
06 Noyabr 17:49
YAP xəbərləri
06 Noyabr 17:48
YAP xəbərləri
06 Noyabr 17:46
YAP xəbərləri
06 Noyabr 17:45
YAP xəbərləri
06 Noyabr 17:43
YAP xəbərləri
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:38
YAP xəbərləri
06 Noyabr 17:36
YAP xəbərləri
06 Noyabr 17:35
YAP xəbərləri
06 Noyabr 17:33
YAP xəbərləri
06 Noyabr 17:32
YAP xəbərləri
06 Noyabr 17:31
YAP xəbərləri
06 Noyabr 17:29
YAP xəbərləri
06 Noyabr 17:28
YAP xəbərləri
06 Noyabr 17:27
Mədəniyyət
06 Noyabr 17:25
İdman
06 Noyabr 17:24
Sosial
06 Noyabr 17:23
Xəbər lenti
06 Noyabr 16:54
Sosial
06 Noyabr 15:49
Siyasət
06 Noyabr 15:48
Sosial
06 Noyabr 15:26
Sosial
06 Noyabr 15:15
Gündəm
06 Noyabr 14:22
Sosial
06 Noyabr 14:11
Dünya
06 Noyabr 13:29
Dünya
06 Noyabr 13:28
Gündəm
06 Noyabr 13:28
Siyasət
06 Noyabr 12:59
Elm
06 Noyabr 12:58
Gündəm
06 Noyabr 12:56
Siyasət
06 Noyabr 12:29
YAP xəbərləri
06 Noyabr 11:32
İqtisadiyyat
06 Noyabr 11:24
Siyasət
06 Noyabr 11:23
Sosial
06 Noyabr 11:10
İqtisadiyyat
06 Noyabr 11:08
Siyasət
06 Noyabr 11:06
Siyasət
06 Noyabr 11:06
İqtisadiyyat
06 Noyabr 11:03
MEDİA
06 Noyabr 10:58
Din
06 Noyabr 10:53
Gündəm
06 Noyabr 10:49
İqtisadiyyat
06 Noyabr 10:42
Sosial
06 Noyabr 10:39
İqtisadiyyat
06 Noyabr 10:25
İqtisadiyyat
06 Noyabr 10:16
Siyasət
06 Noyabr 10:12
Siyasət
06 Noyabr 09:51
Dünya
06 Noyabr 09:34
Dünya
06 Noyabr 09:18