Yaxın Şərqdə atəşkəs olacaqmı?
22.10.2024 [09:04]
İsrail şərtlərini ABŞ-a təqdim edib
Yaxın Şərqdə vəziyyət yenidən gərgin fazaya qədəm qoyub. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında uzun illərdir davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Son vaxtlar isə ABŞ Prezidenti Cozef Bayden Qəzza sektorunda atəşkəs razılaşması ilə bağlı təkliflə çıxış edib. Bir sıra dövlətlər də bölgədə atəşkəsin elan olunmasına, tərəfləri sülhə gəlməyə çağırır. Türkiyə, regiondakı ölkələr, xüsusilə, Qətər, Misir və Səudiyyə Ərəbistanı sabitliyin bərpası üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Bir neçə gün öncə danışıqların növbəti mərhələsi baş tutsa da, ortada müsbət nəticə yoxdur.
Paralel olaraq müharibənin miqyası böyüyür - bir müddətdir ki, Livan ərazisində də sükut pozulub. İsrail ordusu Livan ərazisində “Hizbullah”ın hərbi obyektlərini və canlı qüvvələrini hədəfə almaqdadır. Ötən gün isə İsrail Müdafiə Qüvvələrinin əsgərləri Livanın cənubunda reydlər zamanı raket buraxılış qurğularını məhv ediblər. Bu barədə ordunun mətbuat xidmətinin məlumatında deyilir. Reydlər zamanı İsrail əsgərləri “Hizbullah”a məxsus tank əleyhinə raketlər, buraxılış qurğuları, qumbaraatanlar, döyüş sursatı, partlayıcı maddələr, qumbaraatan və əlavə hərbi texnika da daxil olmaqla çoxlu silah aşkar edərək zərərsizləşdirib. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Cəbəliyə bölgəsində silahlıların hərbi infrastrukturunu məhv edib.
Ordunun mətbuat xidməti bildirib ki, Rəfah bölgəsində İsrail əsgərləri üçün təhlükə yaradan bir neçə silahlı da öldürülüb. Bundan əvvəl “Axios” portalı xəbər verib ki, İsrail ABŞ-a Livandakı müharibəni dayandırmağa və hər iki ölkənin sakinlərinin sərhədyanı ərazilərdəki yaşayış məntəqələrinə qayıtmasını təmin etməyə imkan verən diplomatik həll üçün şərtlərini əks etdirən sənəd təqdim edib. Nəşrin məlumatına görə, İsrail tərəfi öz Hərbi Hava Qüvvələrinin Livan hava məkanında sərbəst fəaliyyət göstərməsini tələb edib.
Bundan başqa, Livanda “Hizbullah” hərəkatının fəaliyyətinə sponsorluq edən “Əl-Qard Əl-Həssan” maliyyə və kredit assosiasiyasının azı beş şöbəsi gecə saatlarında İsrail hərbi hava qüvvələrinin zərbələrinə məruz qalıb. Beyrutun cənubunda bu assosiasiyanın mərkəzi ofislərinin yerləşdiyi iki binaya, həmçinin Baalbek, Rayak və Hermeldəki regional bölmələrinə raketlər atılıb.
Xatırladaq ki, oktyabrın 19-da “Hizbullah” tərəfindən İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki şəxsi iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində xəsarət alan olmayıb. Baş nazir və həyat yoldaşı hücum vaxtı iqamətgahda olmayıblar. İsrail tərəfi isə bəyan edib ki, Baş nazir Netanyahunun Qeysəriyyədəki iqamətgahına edilən hücuma cavab veriləcək. Bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.
Yeri gəlmişkən, qeyd edək ki, Netanyahu ABŞ prezidentliyinə namizəd Donald Trampla telefonla danışıb. “İsrail ABŞ administrasiyasının narahatlığını nəzərə alır, lakin son nəticədə öz milli maraqlarına əsaslanaraq qərarlar verəcək”, - deyə Netanyahu bildirib. Bundan əvvəl “The Hill” qəzeti ABŞ Demokratlar Partiyasının üzvlərinin İsrailin Baş nazirinin Amerika seçkilərinə müdaxilə edə biləcəyindən şübhələndiyini yazmışdı. Nəşr qeyd edib ki, 2020-ci illə müqayisədə ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harrisin administrasiyasına dəstəkdə xeyli azalma var.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

