Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya və Avstraliya liderləri təmiz enerjiyə keçid məsələsini müzakirə ediblər

Britaniya və Avstraliya liderləri təmiz enerjiyə keçid məsələsini müzakirə ediblər

25.10.2024 [23:16]

Britaniyanın Baş naziri Kir Starmer Samoada Millətlər Birliyinin (Commonwealth) hökumət başçıları toplantısında Avstraliyanın Baş naziri Entoni Albanez ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, liderlər iqlim dəyişikliyinin regiona təsiri və Sakit okean da daxil olmaqla Millətlər Birliyi üzvlərinin dayanıqlığını təmin etməyin əhəmiyyəti barədə danışıblar. Kir Starmer Avstraliyanın COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsindən məmnunluq hissi keçirdiyini bildirib.

Liderlər təmiz enerjiyə keçid və keçid dövründə enerji təhlükəsizliyinin təmin olunması imkanlarını da müzakirə ediblər. Görüşdə, həmçinin Yaxın Şərqdəki vəziyyət və Sakit okeanda regional təhlükəsizliyin əhəmiyyəti kimi məsələlər də müzakirə mövzusu olub.

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30