Kiyev qələbə planına dəstək axtarışındadır
29.10.2024 [08:37]
BMT TŞ Ukraynaya görə iclas keçirəcək
Ukrayna Prezidenti Volodimir Zelenski qələbə planını açıqladıqdan sonra beynəlxalq ictimaiyyətin, xüsusilə Qərb ölkələrinin bu plana dəstəyini almaq istəyir. Bu məqsədlə o, təxminən iki həftə vvəl Avropa ölkələrinə səfər etmişdi. Rəsmi Kiyev həmin plana hələ də kifayət qədər dəstək ala bilməyib.
Kiyev müraciət edib
Xatırladaq ki, qələbə planı beş bənddən və üç məxfi əlavədən ibarətdir. Zelenskinin sözlərinə görə, birinci bənd geosiyasi, ikinci və üçüncü bəndlər isə hərbi xarakter daşıyır. Dördüncü bənd iqtisadiyyata, beşinci bənd təhlükəsizlik məsələlərinə aiddir. O, bildirib ki, hər bir bənd müəyyən bir dövr üçün nəzərdə tutulub. Ukrayna Prezidenti diqqətə çatdırıb ki, ilk dörd bənd müharibə dövrünü əhatə edir və onun başa çatdırılmasını nəzərdə tutur. Beşinci bənd isə postmüharibə dövründə təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.
Qərb ölkələrində planın təqdimatından sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən İsveçrənin qurumdakı Daimi Nümayəndəliyindən bildirilib ki, oktyabrın 30-da Ukraynada sülh və təhlükəsizliyin qorunması üzrə iclas keçiriləcək. Ukrayna bunu ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, Koreya Respublikası, Sloveniya və Maltanın dəstəyi ilə istəyib. Böyük ehtimalla Ukrayna həmin iclasda da qələbə planını təqdim edərək təşkilatdan dəstək istəyəcək. Amma BMT tərəfindən bu dəstəyin verilməsi real görünmür. İlk növbədə, Rusiyanın BMT TŞ-nın daimi üzvü olduğunu nəzərə alsaq, özünə qarşı olan bütün sənədlərə veto qoyacaq.
Təşkilat daimi üzvlərin inhisarındadır
Qeyd edək ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Qurumun Təhlükəsizlik Şurasına beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Rusiya-Ukrayna müharibəsi fonunda bəzi Qərb dövlətləri tərəfindən Rusiyanın BMT TŞ-dan çıxarılması təklifləri də səslənirdi. Lakin bu, praktiki mümkün deyil. Təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Buna nümunə olaraq Rusiyanın özü ilə bağlı sənədlərə qarşı veto hüququndan istifadə etməsini göstərmək olar. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur. Bütün bunları nəzərə alaraq, BMT TŞ-nın oktyabrın 30-da keçiriləcək iclasında Ukraynaya dəstək məqsədilə hansısa qərarın qəbul olunması mümkün görünmür.
İtirən Ukrayna, qazanan isə Qərbdir
Digər tərəfdən, Ukraynanın qələbə planında NATO-ya üzvlük məsələsi əsas yer tutur. Zelenskinin sözlərinə görə, Rusiya onilliklər ərzində Avropadakı geosiyasi qeyri-müəyyənlikdən, yəni Ukraynanın NATO üzvü olmamasından istifadə edib: “İndi Ukraynanın NATO-ya dəvət edilməsi faktı sülh üçün həqiqətən də fundamental amil ola bilər. Biz başa düşürük ki, NATO-ya üzvlük bu günün deyil, gələcəyin işidir”. Onun fikrincə, dəvət qətiyyətdən başqa heç nə tələb etməyən güclü qərardır. “Buna görə də bu, qələbə planının başlanğıc nöqtəsidir və qətiyyətliliyin təsdiqidir. İndi qeyd-şərtsiz dəvət vacibdir. Bu, əminlikdir - tərəfdaşların Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini əslində necə gördüyünün təzahürüdür”, - deyə Zelenski vurğulayıb. Lakin Ukrayna liderinin gözləntisinin əksinə olaraq, NATO Kiyevi alyansa dəvət etməyi düşünmür. Xüsusilə, ABŞ Ukraynanın indiki şəraitdə NATO-ya üzvlüyünü lazım bilmir. Qərb sadəcə, olaraq Kiyevə belə vədlər verməklə onu Rusiya ilə qarşıdurmaya təhrik etdi. Bu qarşıdurmadan zərər görən Ukrayna, qazanan isə Qərb ölkələridir. Çünki Rusiya-Ukrayna müharibəsi ilə başda ABŞ olmaqla Qərb ölkələri özlərinin geosiyasi maraqlarını həyata keçirirlər.
Belə bir şəraitdə BMT Təhlükəsizlik Şurasının iclasında Kiyev qələbə planına dəstək istəsə də, buna qarşı çıxanlar arasında Rusiya ilə yanaşı ABŞ da olacaq. Bütün bunların fonunda Təhlükəsizlik Şurasının iclası müzakirələrdən başqa irəli gedə bilməyəcək və Ukrayna ilə bağlı hansısa sənədin qəbulu istisna olunur.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48

