Almaniya Yunanıstana təzminat ödəyəcəkmi?
02.11.2024 [12:20]
Berlin nasistlərin müxtəlif xalqlara vurduğu zərərin ödənilməsini yekunlaşdıra bilmir
İkinci Dünya müharibəsindən sonra Almaniya nasistlərin müxtəlif xalqlara və dövlətlərə vurduğu ziyana görə böyük həcmdə təzminat ödəyib. Bununla belə, Almaniyaya qarşı təzminat tələb edən ölkələr hələ də var. Onlardan biri Yunanıstandır. Rəsmi Afina 1941-ci ildən 1944-cü ilədək Yunanıstanı işğal altında saxlayan alman ordusunun ölkəyə vurduğu ziyana görə təzminat tələbini uzun müddətdir davamlı olaraq gündəmə gətirir. Bugünlərdə Afinada səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Yunanıstan Prezidenti Katerina Sakelaropulunun İkinci Dünya müharibəsində alman ordusunun bu ölkəyə vurduğu zərərlərə görə təzminat tələbini cavablandırıb. Dövlət başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında Yunanıstan Prezidenti Hitler Almaniyasının ölkəsindən məcburən aldığı və bu günədək qaytarmadığı kreditlərin və müharibə təzminatının ödənilməsinin vacibliyini qeyd edib.
Prezident Ştaynmayer məsələnin beynəlxalq hüquqa əsasən yekunlaşdırıldığını deyib
Frank-Valter Ştaynmayer isə bu tələbə cavabında Almaniyanın İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlığı qəbul etdiklərini və bunun məsuliyyətini daşıdıqlarını vurğulayıb. Lakin o, Yunanıstanın tələbi ilə əlaqədar Almaniyanın təzminatlarla bağlı hüquqi məsələni beynəlxalq hüquqa əsasən artıq yekunlaşdırdığını bildirib. Dövlət başçısı bu baxımdan Almaniyanın Yunanıstanın Saloniki şəhərində Holokost muzeyinin yaradılması və ölkəsi tərəfindən “Alman-yunan gənclər mübadilə proqramı”nın həyata keçirilməsini diqqətə çatdıraraq qeyd edib ki, İkinci Dünya müharibəsində törədilən cinayətlər olduqca mürəkkəb məsələdir. “Bu məsələ bu gün də əlaqələrimizi müəyyənləşdirməkdədir və bundan çəkinməməliyik”, - deyə Almaniya Prezidenti qeyd edib.
Almaniya hansı ölkələrə təzminat ödəyib?
İkinci Dünya müharibəsinin nəticəsi olaraq təzminatlara dair kifayət qədər nümunələr var. Bu təzminat formaları 1945-ci ildə keçirilən Yalta konfransında müəyyənləşdirilib. Keçmiş SSRİ Baş Qənimətlər İdarəsinin 1990-cı ilə aid məlumatına görə, SSRİ-nin təzminat iddialarının qarşılığı olaraq Almaniya Sovet İttifaqına 400 min dəmir yolu vaqonu, o cümlədən 72 min maşın tikinti materialı, 2885 fabrik, 96 elektrik stansiyası avadanlığı, 340 min dəzgah, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş mal-qara, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün təhvil verib.
Bundan başqa, Humboldt Universitetinin rəsədxanasına aid teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri SSRİ-yə göndərilib. Hətta 1950-ci ildə Krasnodarda inşa olunan Kompressor zavodu Almaniyadan göndərilən avadanlıqlarla təchiz edilib. Polşa Beynəlxalq Münasibətlər İnstitutunun 2005-ci ildə açıqladığı statistikaya görə, Almaniya SSRİ-yə 1938-ci ilin məzənnəsi ilə 3,081 milyard dollar məbləğində təzminat ödəyib. Bu məbləğin 228 milyonu, təxminən 7,5 faizi Polşanın payına düşüb.
1945-ci ilin avqustunda imzalanan Potsdam sənədində Almaniyanın qərb bölgələrinin hesabına ABŞ, Böyük Britaniya və nasistlərin zərər vurduğu digər ölkələr təzminat alıblar. SSRİ mənbələrinin dərc etdiyi məlumatlara görə, ABŞ, Böyük Britaniya və Fransa Almaniyadan 1,2 milyard dollar dəyərində avadanlıq, 277 ton qızıl (təxminən 300 milyon dollar dəyərində), 200 milyon dollarlıq gəmi aparıblar. Bu ölkələr həmçinin Almaniyanın təxminən 4 milyard dollarlıq xarici aktivlərinə nəzarəti ələ keçiriblər. ABŞ və Böyük Britaniya tərəfindən müsadirə edilən Almaniya patentləri və texniki sənədlərinin dəyəri isə təxminən 5 milyard dollar həcmində qiymətləndirilir.
Yeri gəlmişkən, 1952-ci ilin sentyabrında Almaniya ilə İsrail arasında imzalanan Lüksemburq Sazişinə əsasən, Almaniya Holokost zamanı zərər çəkən yəhudilərə 7 milyard avro məbləğində təzminat ödəyib. İsrail və Almaniya Federativ Respublikası arasında imzalanan Reparasiya Sazişinə əsasən Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. Ödənilən kompensasiyanın məqsədi İsrailin yaşadıqları yerlərdən didərgin düşmüş çoxsaylı kasıb yəhudini yeni evlərlə təmin etməsi və bunun qarşılığında çəkdiyi xərclər idi. Bundan əlavə, yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə konfrans vasitəsilə Almaniya nasizm rejiminin təqibinə məruz qalmış hər bir yəhudinin mülkünü və dolanışığını tək-tək bərpa etməli idi. Lakin tərəflər arasında bundan sonra da müharibədən əziyyət çəkmiş yəhudilərə təzminatla bağlı müqavilələr imzalanıb.
Təzminat alanlar sırasında Yunanıstan da var
Məsələ bundadır ki, nasistlərin vurduğu zərərin qarşılığında yunanlar da Almaniyadan təzminat alıblar. 1960-cı ildə imzalanan anlaşmaya əsasən Almaniya Yunanıstana 115 milyon marka (59 milyon avro) təzminat ödəyib. Yunan tərəfi Almaniyadan 1938-ci il məzənnəsi ilə 3,5 milyard dollar (indiki məzənnə ilə 54 milyard avro) kompensasiya tələb edib. Göründüyü kimi, bu gün də Yunanıstanın Almaniyaya qarşı təzminat tələbi davam edir.
Yunanıstanla yanaşı, Polşa da İkinci Dünya müharibəsinə görə Almaniyadan təzminat istəyir. Rəsmi Varşava illərdir ki, belə bir tələblə çıxış edib. Əvvəllər rəsmi Berlin həmin tələblərlə razılaşmasa da, bu ilin iyul ayında Almaniya kansleri Olaf Şolts İkinci Dünya Müharibəsi qurbanlarına təzminat ödənilməsi ilə bağlı Varşavaya təkliflər paketini təqdim edib. Berlin işğal zamanı alman repressiyasının polşalı qurbanlarına təzminat ödəmək üçün bir neçə yüz milyon avro ayırmağa hazır olduğunu bəyan edib.
Almaniya Polşaya əlavə təzminat ödəməyə razılaşıb
İyulun 2-də Almaniyanın kansleri Olaf Şolts da Polşanın Baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, İkinci Dünya müharibəsi zamanı Polşada nasist işğalının ağır fəsadlarını yaşamış insanlar yaxın vaxtlarda Almaniya hökumətindən təzminat ala biləcəklər. Federal kansler deyib ki, Almaniya öz təqsirinin və işğal dövründə milyonlarla qurbanın məsuliyyətinin nə qədər ağır olduğunu başa düşür. Olaf Şolts əlavə edib ki, Berlin tarixi məsuliyyət prinsipinə sadiq qalmaqda davam edir.
Öz növbəsində, Donald Tusk qeyd edib ki, maliyyə yardımı bir neçə ay ərzində gəlməlidir. Siyasətçilər İkinci Dünya müharibəsi zamanı alman işğalından əziyyət çəkən təxminən 40 min polşalıya ödəniləcək kompensasiyanın məbləğini hələ dəqiqləşdirməyiblər. Polşanın Baş naziri Almaniya Federal kanslerinin bəyanatını düzgün addım adlandırıb. O deyib: “Heç bir maliyyə təzminatı İkinci Dünya müharibəsi zamanı baş verən faciələri kompensasiya edə bilməz”. Buna baxmayaraq, Tuskun fikrincə, Şoltsun vəd etdiyi yardım iki dövlət arasında münasibətlərə müsbət təsir göstərə bilər.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37
İqtisadiyyat
07 Dekabr 10:29
İqtisadiyyat
07 Dekabr 10:18
Siyasət
07 Dekabr 10:07
Siyasət
07 Dekabr 09:57
MEDİA
07 Dekabr 09:51
İqtisadiyyat
07 Dekabr 09:46
Xəbər lenti
07 Dekabr 09:41
Ədəbiyyat
07 Dekabr 09:34
Analitik
07 Dekabr 09:32
Elm
07 Dekabr 09:18
Dünya
07 Dekabr 09:12
Ədəbiyyat
07 Dekabr 09:09
Sosial
07 Dekabr 08:45
Sosial
07 Dekabr 08:37
Dünya
07 Dekabr 08:15
Dünya
07 Dekabr 07:53
Mədəniyyət
06 Dekabr 23:44
Xəbər lenti
06 Dekabr 23:31
Xəbər lenti
06 Dekabr 23:17
Xəbər lenti
06 Dekabr 22:58
Sosial
06 Dekabr 22:36
Xəbər lenti
06 Dekabr 22:15
Dünya
06 Dekabr 21:51
İqtisadiyyat
06 Dekabr 21:39
İqtisadiyyat
06 Dekabr 21:18
Hadisə
06 Dekabr 20:57
Sosial
06 Dekabr 20:36
Ədəbiyyat
06 Dekabr 20:35
Ədəbiyyat
06 Dekabr 20:29
Siyasət
06 Dekabr 20:15
Siyasət
06 Dekabr 19:56
Siyasət
06 Dekabr 19:53
İdman
06 Dekabr 19:52
Xəbər lenti
06 Dekabr 19:34
Sosial
06 Dekabr 19:12