Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ankaranın su ehtiyatı azalıb

Ankaranın su ehtiyatı azalıb

21.11.2024 [12:22]

Yağıntıların kəskin azalması və Anadolu su anbarlarında suyun buxarlanması ilə müşayiət olunan yüksək temperatur Türkiyə paytaxtının su təchizatında ciddi problemlərin olacağı təhlükəsi yaradır.

AZƏRTAC Ankara Şəhər Bələdiyyəsinin Su Təsərrüfatı İdarəsinin (ASKİ) məlumatına istinadla xəbər verir ki, bu həftənin əvvəlində su anbarlarının hazırkı ehtiyatı şəhəri və ətraf əraziləri cəmi 310 gün təmin edə bilir.

İdarə yaranmış vəziyyəti iqlim dəyişikliyi ilə əlaqələndirib. Məlumatda deyilir: “Əgər bu ilin yanvar ayında Ankara vilayətində 11 su anbarının ehtiyatı 161,3 milyon kubmetrdən çox idisə, sentyabrda bu rəqəm 13,5 milyon kubmetrə qədər azalıb”.

ASKİ-nin icraçı direktoru Aslan Akçay paytaxtdakı 2,6 milyondan çox abunəçini sudan mümkün qədər qənaətlə istifadə etməyə, xüsusən də özəl təsərrüfat sahələrində damcı suvarma sisteminə keçməyə çağırıb.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30