ABŞ-ın sanksiya siyasəti...
24.11.2024 [09:52]
Artıq bumeranq effekti verməkdədir
ABŞ-ın iqtisadi sanksiyaları siyasi məqsədlər daşıyır
Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır - Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı Rusiyaya qarşı 14 sanksiya paketi qəbul edib. Sanksiya tətbiq edən ölkələr arasında ABŞ-ı lider hesab etmək mümkündür. Yeri gəlmişkən, bir neçə gün öncə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) materiallarına əsasən, nazirlik “Qazprombank”, “BKS Bank” və “DOM.RF” daxil olmaqla 50-dən çox Rusiya bankına qarşı sanksiyalar tətbiq edib.
Vaşinqton Rusiyaya və Çinə qarşı yeni sanksiyalar tətbiq edib
Siyahıya həmçinin “Bratsk Xalq Bankı”, “Enerqotransbank”, “Kremlevski”, “İturup”, “Sinara”, “BBR”, “Fora Bank” və digər banklar da daxil edilib. Bundan əlavə, Rusiyanın maliyyə sektoru ilə əlaqəli şəxslər də sanksiyalara məruz qalıb. Siyahıda xüsusilə Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin və Dmitri Tulin, Mərkəzi Bankın sədr müavini Olqa Polyakovanın da adı var.
Bundan əlavə, ABŞ Çinə qarşı da çoxsaylı sanksiyalar tətbiq edib. Məsələn, ABŞ administrasiyası gələn həftə Çinin 200-ə qədər çip istehsalçısına təsir edə biləcək yeni ixrac məhdudiyyətləri seriyasını tətbiq etmək niyyətindədir. Bu barədə “Reuters” ABŞ Ticarət Palatasına istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ firmalarının əksəriyyətinə bu şirkətləri təchiz etmək qadağan ediləcək. Ümumiyyətlə, ABŞ indiyə qədər Çinə Tayvan, Honkonq, insan hüquqları, silah satışı və s. səbəblərə görə müxtəlif sanksiyalar tətbiq edib.
Çin cavab addımları atır
Lakin Çin də ABŞ-ın bu sanksiyalarına seyrçi qalmayaraq müvafiq addımlar atır. Məsələn, bu ilin may ayında Çinin Kommersiya Nazirliyi ABŞ-ın bir neçə şirkətini Tayvana silah satışında iştirakına görə “Etibarsız qurumlar siyahısı”na salıb. “Qara siyahı”ya salınanlar “Boeing Defense, Space & Security”, “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətləridir. Onlara Çinlə idxal-ixrac əməliyyatları aparmaq, Çinə sərmayə yatırmaq qadağan olunub. Bundan başqa, şirkətlərin yüksək vəzifəli şəxslərinin Çinə girişinə icazə verilməyəcək. Çin hökuməti qərarın ölkənin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qəbul edildiyini açıqlayıb.
Bütün bunların ardınca, Çin ABŞ-ın daha 12 şirkətinə və 10 fərdi şəxsinə sanksiyaya qarşı sanksiya tətbiqinə başladığını bəyan edib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən sanksiya tətbiq edilən müəssisələr arasında “Lockheed Martin”in raket və atəş nəzarəti törəmə şirkəti, “Raytheon”un raket sistemləri törəmə şirkəti, fərdlər arasında isə “General Dynamics Information Technology”nin rəhbər şəxsləri də var. Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzetinin yazdığına görə, bu, həm Rusiyaya dəstək bəhanəsi ilə ABŞ-ın Çinin bir neçə müdafiə sənayesi şirkətinə sanksiya tətbiqi ilə bağlı son qərarına, həm də sözügedən şirkət və fərdlərin Tayvana silah tədarükündə iştirakına Pekinin cavabıdır. Pekinin qərarı ABŞ-ın bu cür addımlarının cavabsız qalmayacağını göstərir.
Politoloq: Sanksiyalar daha çox siyasi məqsədlərə xidmət edir
Böyük dövlətlərin sanksiya siyasətinin gerçək məqsədi nədir və bu, ciddi nəticələrə gətirib çıxarırmı? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, sanksiya hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə digər dövlətə və ya quruma tətbiq edilən cəza sistemidir. Onun sözlərinə görə, sanksiya dövlətlərin və beynəlxalq təşkilatların tətbiq etdiyi “məcburetmə üsulu” kimi də qiymətləndirilə bilər. Ən geniş tətbiq olunan növü iqtisadi sanksiyadır. İqtisadi sanksiyalar müxtəlif siyasi, hərbi və sosial məsələlərə görə də tətbiq oluna bilər. Eləcə də, daxili və beynəlxalq məqsədlərə nail olmaq üçün istifadə edilə bilər. Qeyd etmək lazımdır ki, sanksiyaların effektivliyi mübahisəlidir və gözlənilməz nəticələrə də səbəb olur.
ABŞ-a gəlincə, politoloq hesab edir ki, Birləşmiş Ştatlar dünyaya hegemonluq etmək iddiasındadır. Ona görə də, Vaşinqton onun maraqlarına zidd siyasət həyata keçirən ölkələri hədəfə alır. “Burada subyektiv amillər də əsas rol oynayır. ABŞ istəyir ki, bütün ölkələr onun istəyinə uyğun siyasət yeritsin, amma bu mümkün deyil. Məsələn, Rusiyaya tətbiq edilən ağır sanksiyalar istənilən nəticəni vermir. Eləcə də, Çin Xalq Respublikasına sanksiyalar yolu ilə ciddi təzyiq etmək mümkün deyil. Çin dünyada iqtisadiyyatı ən güclü olan iki dövlətdən biridir. ABŞ-ın iqtisadi sanksiyaları siyasi məqsədlər daşıyır. Amma bu sanksiyalar əks-effekt də verə bilir. Məsələn, Avropa şirkətləri etiraf edirlər ki, Rusiyaya tətbiq olunan sanksiyalardan özləri də kifayət qədər əziyyət çəkirlər. Çünki Rusiya bazarı bu şirkətlər üçün çox əhəmiyyətlidir. Eyni zamanda, onlar Rusiyadan kifayət qədər xammal alırlar. Sanksiya nəticəsində həmin xammalı başqa ölkələrin şirkətlərindən baha qiymətlərə almalı olurlar. Eləcə də, Çinə qarşı sanksiyalar bumeranq effekti verə bilir. Təsadüfi deyil ki, Rusiya, ABŞ, İran və digər böyük dövlətlər ticarət əlaqələrində dollardan imtina etmək istiqamətində addımlar atırlar. Bu da ABŞ-a iqtisadi baxımdan zərbə vurur. Bütün bunların fonunda Birləşmiş Ştatların sanksiya siyasəti gözlənilən nəticəni verməyəcək”, - deyə İ.Hüseynov vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

