İsveçdə Yeni il gecəsində atəşfəşanlıq zamanı çoxsaylı hadisələr baş verib
02.01.2025 [08:46]
Yeni il gecəsi İsveçdə atəşfəşanlıq zamanı çoxsaylı hadisələr baş verib. Bu isə ciddi xəsarətlərə, yanğınlara və münaqişələrə səbəb olub.
AZƏRTAC xəbər verir ki, atəşfəşanlıq zamanı 55 yaşlı kişi qolundan, digər hadisə zamanı isə azyaşlı uşaq gözündən xəsarət alıb. Daha bir oğlan da yaralanıb və vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralılar xəstəxanalara çatdırılıb, polis isə sağlamlığa ziyan vurulması ilə bağlı araşdırmalara başlayıb.
16 yaşlı gənc ağır xəsarətlə nəticələnən hadisədə şübhəli bilinir. Belə ki, atəşfəşanlıq zamanı istifadə olunan partladıcı polis əməkdaşının üzünə dəyib. Avtomobildə partladıcının istifadə olunması nəticəsində on beş yaşlı qız kürəyindən yaralanıb. Hadisənin səbəbləri hələ də məlum deyil. Polis hadisənin qəza və ya qəsdən törədildiyini araşdırır.
Əlində silah olan yaşlı kişi atəşfəşanlıq edən insanları hədələdiyi üçün saxlanılıb. Hədə-qorxu və silah saxlanılması haqqında qanunların pozulmasına dair cinayət işi açılıb. Hadisənin şahidi olan qadın şok vəziyyətində xəstəxanaya çatdırılıb.
Yeni il bayramları zamanı İsveçdə yanğınlar da baş verib. Böyük yanğınlardan biri futbol klubunun binasını tamamilə məhv edib. Daha bir yanğın qarajda baş verib. Bundan başqa, polis yanan şamın səbəb olduğu mənzil yanğını hadisəsini də araşdırır.
Yeni il şənliyi ilə bağlı olmayan digər hadisələr də baş verib. Bir hadisədə yaşlı cütlük üç naməlum şəxs tərəfindən qarət edilib, üstəlik onlardan biri cütlüyü bıçaqla hədələyib. Səksən beş yaşlı kişi başından xəsarət alıb. Digər hadisə zamanı 15 yaşlı yeniyetmələr atışmanın qurbanı olublar, bu da qətlə cəhd kimi qiymətləndirilir.
Paytaxt regionunda gecə nisbətən sakit keçib.
Yeni il gecəsində bütün ölkə üzrə polis gücləndirilmiş iş rejimində çalışıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

