Ötən il Çində rekord sayda avtomobil istehsal olunub
14.01.2025 [23:14]
Dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il 31,282 milyon ədəd avtomobil istehsal olunub.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, ötən ilki istehsal 2023-cü illə müqayisədə 3,7 faiz çox olmaqla yanaşı, həm də Çin tarixində yeni rekorddur.
2024-cü ildə Çində avtomobil satışı 4,5 faiz çoxalaraq, 31,436 milyon ədədə, ixracı isə 19,3 faiz artaraq 5,859 milyona çatıb. Assosiasiya Çinin avtomobil sənayesinin 2024-cü il üçün gözləntiləri üstələdiyini, ümumi satış, habelə elektromobil və hibrid avtomobil istehsalı, satışı və ixracının proqnozları üstələdiyini açıqlayıb.
Hesabat dövründə Çində elektromobil və hibrid avtomobillər istehsalı 12 milyondan çox, pərakəndə satışı isə 11 milyona yaxın olub. İstehsal və satış təxminən 35 faiz artıb. Ölkədə ekoloji təmiz avtomobil satışı ilk dəfə ümumi satışın 40 faizini təşkil edib.
ABŞ, Avropa İttifaqı daxil olmaqla bəzi dövlətlərin Çin istehsalı olan elektromobil və hibrid avtomobillərə əlavə gömrük rüsumları tətbiq etməyə başlamasına baxmayaraq, hesabat ilində Çindən xaricə bu növ avtomobil ixracı 24,3 faiz artaraq 1,29 milyon ədədə çatıb.
Qeyd edək ki, ardıcıl 16 ildir avtomobil istehsalı və satışı çoxalan Çin dünyanın ən böyük avtomobil bazardır. Diqqətçəkən məqamlardan biri isə Çinin avtomobil istehsalında və satışında yerli brendlərin payının çoxalmasıdır. Artıq Çin bazarında yerli brendlərin payı 65 faizə çatıb. Çin həm də ardıcıl 10 ildir elektrik avtomobillərin istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobil satışının yarıdan çoxu Çində olub. Ölkədə elektrik avtomobil satışlarının üçdə birindən çoxu BYD modellərinin payına düşüb ki, bu da onu ən çox satılan elektrik avtomobil markasına çevirib.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57

