Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Liviyada neft hasilatının artırılmasına 4 milyard dollar tələb olunur

Liviyada neft hasilatının artırılmasına 4 milyard dollar tələb olunur

19.01.2025 [15:28]

Liviyada sutkalıq neft hasilatının 1,6 milyon barelə çatdırılması üçün 4 milyard dollar sərmayəyə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində ölkənin neft naziri vəzifəsini icra edən Xəlifə Əbdülsadiq bildirib. O qeyd edib ki, hökumət yeni istismar lisenziyalarının verilməsi üçün yanvarın sonunadək tender elan edəcək.

Xəlifə Əbdülsadiq qeyd edib ki, ölkənin gəlirlərinin 95 faizi neftdən asılıdır. Buna görə də, hökumət sutkalıq hasilatın 2 milyon barelə çatdırılmasına çalışır. Şənbə günü hasilat 1,4 milyon bareli ötüb. Ölkədə 2011-ci ilədək sutkalıq hasilat 1,6 milyon barel səviyyəsində olub.

Son məlumata görə Liviya ərazisinin 70 faizində, o cümlədən ərazi sularının 65 faizində neft yataqları işlənməyib. Sərmayə tapılmasa, hazırki hasilat səviyyəsini də saxlamaq mümkün olmayacaq.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31