MKİ-nin yeni rəhbəri...
25.01.2025 [09:15]
Keçmiş deputat ABŞ-ın təhlükəsizliyinə cavabdehlik daşıyacaq
Milli kəşfiyyat orqanları ölkələrin strateji, hətta bəzən son qərarı verən qurumu sayılır. Bu orqan istər ölkənin daxilində, istərsə də ölkə hüdudlarından kənarda dövlətin əsas qoruyucu mexanizmi kimi işləyir - milli maraqların keşiyində dayanır, dövləti mənafenin təmini üçün əlindən gələni edir. Bu mənada, beynəlxalq səviyyədə geniş təsir imkanlarına malik olan fövqəl dövlətlərdə, xüsusilə də ABŞ-da kəşfiyyat orqanı həm də “dərin dövlət” hesab olunur.
Yeni ad, yeni iş prinsipi...
ABŞ-da hakimiyyətə gələn Tramp komandasının üzvləri arasında böyük maraq doğuran simalardan biri də məhz Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq edəcək şəxs idi. Qeyd edək ki, yanvarın 23-də Con Retklifi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin edib. Ağ Evdə keçirilən andiçmə mərasimindən sonra Devid Retklif artıq öz səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, C.Retklif Trampın birinci prezidentlik dövründə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə katibi olub. Ondan öncə isə Texas ştatından Konqresin Nümayəndələr Palatasının deputatı seçilib.
MKİ-in yeni direktoru ABŞ-ın xarici siyasəti ilə bağlı baxışları nöqteyi-nəzərindən Trampla eyni mövqeyi bölüşür. Retklif Çini ABŞ-a və onun beynəlxalq maraqlarına böyük təhdid hesab edir və Çinin qlobal imkanlarının məhdudlaşdırılması üçün daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır. O hətta 2017-ci ildə Çin hakimiyyətini dünyanı zəbt etmək üçün əsgərlər üzərində bioloji sınaqlar həyata keçirməkdə günahlandırmışdı.
Retklifin müsəlman ölkələrinə də münasibəti birmənalı deyil - Trampın birinci hakimiyyəti dövründə müsəlman ölkələrindən ABŞ-a miqrasiya edənlərin sayının azalmasına çağırış etmişdi.
Mərkəzi Kəşfiyyat İdarəsi necə yaranıb?
Yeri gəlmişkən, ABŞ-da milli təhlükəsizliyi təmin edən iki kəşfiyyat orqanı fəaliyyət göstərir - Federal Təhlükəsizlik Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ). FTB-dən fərqli olaraq, MKİ ABŞ-ın beynəlxalq təhlükəsizliyinin təmininə məsuldur. Dünyanın müxtəlif ölkələrində ABŞ-ın maraqlarına və təhlükəsizliyinə təhdid yaradan şəxslər və təşkilatlar, o cümlədən lokal hadisələrlə bağlı məlumatlar toplamaq, təhlil etmək və sonda isə ölkə prezidentinə təqdim etmək MKİ-nin əsas vəzifələrindəndir. Qurum hətta xüsusi əməliyyatlar həyata keçirmək səlahiyyətlərinə də malikdir.
Baş ofisi Virciniya ştatının Lanqley şəhərində Corc Buş Kəşfiyyat Mərkəzində yerləşən MKİ İkinci Dünya müharibəsindən sonra 1946-cı il yanvarın 22-də prezident Harri Trumenin sərəncamı ilə yaradılıb. Kəşfiyyat orqanın ilk direktoru kont-admiral Sidni Soyers olub. MKİ heç bir hüquq-mühafizə funksiyalarına malik deyil və dövlət rəhbərinin göstərişi ilə gizli fəaliyyət göstərir. Maraqlıdır ki, son 80 ildə MKİ-nin rəhbər heyətində kont-admirallar üstünlük təşkil edib. 1989-1991-ci illərdə ABŞ-ın prezidenti olmuş Corc Herbert Uoker Buş Mərkəzi Kəşfiyyat İdarəsinə bir il rəhbərlik edib.
Xüsusi bir məqamı da qeyd edək ki, MKİ Misirin Baş Kəşfiyyat Xidməti və Almaniya Federal Kəşfiyyat Xidmətinin əsasının qoyulmasında, o cümlədən bir sıra ölkələrdə kəşfiyyat orqanlarının yaradılmasında mühüm rol oynayıb.
Trampın birinci hakimiyyəti dövründə MKİ-nın katibi kim olub?
Trampın birinci hakimiyyəti dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru öncə Mark Pompeo olub. M.Pompeo 2018-ci il aprelin 26-da ABŞ-ın vitse-prezidenti təyin olunduqdan sonra MKİ-nin direktor vəzifəsinə xanım Cina Xaspel təyin olunub. Xaspel 1985-2021-ci illərdə MKİ-də müxtəlif vəzifələrdə xidmət edib - ABŞ-ın müxtəlif ölkələrindəki səfirliklərində MKİ-nin hesabatçısı olub.
Co Baydenin prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Villiam Börns olub. Qeyd edək ki, xidməti fəaliyyətini əsasən ABŞ-ın xarici siyasətinə həsr edən V.Börns 2011-2014-cü illərdə Dövlət katibin müavini vəzifəsində xidmət edib. Bundan əvvəl isə Börns 1998-2001-ci illərdə İordaniyada və 2005-2008-ci illərdə Rusiyada ABŞ-ın səfiri, 2001-2005-ci illərdə Dövlət Departamentində Yaxın Şərq məsələləri üzrə katib köməkçisi və 2005-2008-ci illərdə isə siyasi məsələlər üzrə katib vəzifəsində fəaliyyət göstərib.
Hətta bəzi iddialara görə, Börns İran hakimiyyəti ilə “5+1” formatı arasında nüvə sazişi üzrə keçirilən danışıqlar zamanı bu ölkə rəsmiləri ilə gizli görüşlər keçirib. ABŞ-ın bir çox ekspertləri Obama administrasiyası dövründə İranla nüvə danışıqlarının uğurla keçməsində Börnsun rolunu təqdirəlayiq hesab ediblər. Börnsun MKİ rəhbəri olduğu dövr Ukrayna və Qəzzada müharibənin baş verməsi, Suriyada Əsəd rejiminin devrilməsi ilə yadda qalıb.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına bax
Elm
10 Fevral 23:46

İdman
10 Fevral 23:28

Sosial
10 Fevral 23:18

İdman
10 Fevral 22:56

Dünya
10 Fevral 22:34

Sosial
10 Fevral 22:15

Elm
10 Fevral 21:58

Dünya
10 Fevral 21:37

Diaspor
10 Fevral 21:14

Xəbər lenti
10 Fevral 20:53

Elm
10 Fevral 20:35

Hadisə
10 Fevral 20:11

İdman
10 Fevral 19:50

İqtisadiyyat
10 Fevral 19:32

Hərbi
10 Fevral 19:18

Sosial
10 Fevral 18:21

Dünya
10 Fevral 18:08

Sosial
10 Fevral 18:00

Elanlar
10 Fevral 17:50

Siyasət
10 Fevral 17:47

Dünya
10 Fevral 17:17

Xəbər lenti
10 Fevral 16:45

Siyasət
10 Fevral 16:22

Siyasət
10 Fevral 16:07

Gündəm
10 Fevral 15:57

Siyasət
10 Fevral 15:51

Dünya
10 Fevral 15:33

YAP xəbərləri
10 Fevral 15:31

YAP xəbərləri
10 Fevral 15:30

Siyasət
10 Fevral 15:07

Dünya
10 Fevral 15:06

Dünya
10 Fevral 15:03

Sosial
10 Fevral 14:45

Siyasət
10 Fevral 14:42

YAP xəbərləri
10 Fevral 14:35

İqtisadiyyat
10 Fevral 14:33

Hadisə
10 Fevral 14:10

Hərbi
10 Fevral 14:05

Siyasət
10 Fevral 13:53

Sosial
10 Fevral 13:47

Sosial
10 Fevral 12:45

İqtisadiyyat
10 Fevral 12:19

Xəbər lenti
10 Fevral 12:13

Xəbər lenti
10 Fevral 12:03

Sosial
10 Fevral 11:20

İdman
10 Fevral 10:49

Ədəbiyyat
10 Fevral 10:43

Dünya
10 Fevral 10:39

İqtisadiyyat
10 Fevral 10:34

Hadisə
10 Fevral 10:28

Dünya
10 Fevral 10:16

Dünya
10 Fevral 09:58

Dünya
10 Fevral 09:32

Dünya
10 Fevral 09:15

Sosial
10 Fevral 08:44

Dünya
09 Fevral 23:46

İdman
09 Fevral 23:18

Hadisə
09 Fevral 22:52

Dünya
09 Fevral 22:25

Dünya
09 Fevral 21:49

Dünya
09 Fevral 21:17

Siyasət
09 Fevral 20:51

Sosial
09 Fevral 20:19

Dünya
09 Fevral 19:50

Dünya
09 Fevral 19:25

Dünya
09 Fevral 18:42

Dünya
09 Fevral 18:27

Dünya
09 Fevral 17:46

Dünya
09 Fevral 17:18

Dünya
09 Fevral 16:44
