/ / “DeepSeek”in süni intellekt tətbiqi dünyanın ən varlı adamlarının 108 milyard dollar itirməsinə səbəb olub
“DeepSeek”in süni intellekt tətbiqi dünyanın ən varlı adamlarının 108 milyard dollar itirməsinə səbəb olub
28.01.2025 [23:48]
Dünyanın ən varlı 500 adamı bazar ertəsi günü Çinin süni intellektlə işləyən “DeepSeek” startapı ilə rəqabət qorxusu fonunda səhmlərinin azalması ilə birlikdə sərvətlərinin 108 milyard dollar azaldığını görüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bir gün əvvəl bu itkilərin liderlərindən biri kapitallaşması rekord həddə - 600 milyard dollar azalan “Nvidia Corp”un səhmləri olub. “Bloomberg Billionaires Index” reytinqinə görə, onun baş icraçı direktoru Censen Huan 20,1 milyard dollar və ya sərvətinin 20 faizini itirib ki, bu da milyarderlər arasında ən böyük paydır.
“Oracle Corp”un həmtəsisçisi Larri Ellison ən çox maliyyə vəsaiti itirənlər siyahısında ikincidir - 22,6 milyard dollar və ya sərvətinin təxminən 12 faizi. “Dell Inc” şirkətin icraçı direktoru Maykl Dell sərvətinin 13 milyard dollarını, “Binance”dən Çjao Çanpen isə 12,1 milyard dollarını itirib.
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq bir gün ərzində 4,3 milyard dollar varlanıb, “Amazon.com Inc”in rəhbəri Ceff Bezosun pulu 632 milyon dollar məbləğində artıb.
Bütövlükdə, “Bloomberg Billionaires Index”də itkilərin 85 faizini və ya təxminən 94 milyard dollarını texnoloji resurslar təşkil edib.
Çin startapı “DeepSeek” 2023-cü ildən süni intellekt modellərini inkişaf etdirir, lakin şirkət yalnız həftə sonu “DeepSeek R1” chat-botunun dünyanın bir çox ölkəsində ən çox yüklənən proqramlar siyahısında birinci yeri tutması ilə şöhrət qazanıb. Şirkət onun inkişafına cəmi 6 milyon dollar xərclədiyini və bunun investorları təəccübləndirdiyini bildirib. O, həmçinin dünyanın aparıcı İT şirkətlərinin oxşar inkişaflara milyardlarla dollarlıq investisiyalar tələb etməsini şübhə altına aldığını qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23

