Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxarıb

“SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxarıb

02.02.2025 [16:20]

“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “SpaceX”-in məlumatında bildirilib. “22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - deyə qeyd olunub.

Raket şənbə günü Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb. Hazırda orbitdə 6900-dən çox cihaz işlək vəziyyətdədir.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31