/ / Türkiyənin milli döyüş təyyarəsinin yeni prototipi ilk yerüstü hərəkət sınağını uğurla başa vurub
Türkiyənin milli döyüş təyyarəsinin yeni prototipi ilk yerüstü hərəkət sınağını uğurla başa vurub
31.07.2026 [23:43]
Türkiyənin milli qürur mənbəyi layihələrdən biri olan “KAAN” döyüş təyyarəsinin iki yeni prototipi ilk dəfə ictimaiyyətə təqdim olunub. Ötən il ilk uçuşunu həyata keçirən prototipdən fərqli olaraq, bu iki yeni platformada əhəmiyyətli texniki dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, daha əvvəl iki uçuş həyata keçirən “KAAN-0” prototipindən sonra istehsal edilən yeni “KAAN-1” hazırda yerüstü sınaqlarını davam etdirir. Bu çərçivədə “KAAN-1” taksi (yerüstü hərəkət) sınağını uğurla başa vurub.
2023-cü il martın 17-də anqardan çıxarılaraq uçuş zolağına gətirilən təyyarə 11 ay ərzində türk mühəndislər tərəfindən ilk uçuşa hazırlanaraq səmaya qaldırılıb. İlk uçuşdan əvvəlki bütün sınaqlar uğurla tamamlanıb.
Türkiyənin tamamilə milli imkanları ilə layihələndirilən və istehsal edilən “KAAN”ın qanad açıqlığı 14 metr, hündürlüyü 6 metr, uzunluğu isə 21 metrdir. Bir pilotlu kabinəyə malik təyyarənin ön plana çıxan xüsusiyyətləri iki mühərrikli quruluşu, yüksək manevr qabiliyyəti, radara aşağı görünməsi (stels xüsusiyyəti), silahlarını gövdə daxilində daşıya bilməsi və elektron müharibə imkanlarıdır.
“KAAN” pilotsuz uçuş aparatları, havadan erkən xəbərdarlıq və idarəetmə sistemləri, eləcə də gələcəkdə təchiz ediləcək digər platformalarla birgə fəaliyyət göstərə biləcək.
Yeni nəsil silah sistemləri ilə havadan-havaya döyüş əməliyyatları aparmaq, səsdən yüksək sürətdə daxili silah bölmələrindən yüksək dəqiqlikli zərbələr endirmək imkanına malik olacaq “KAAN” süni intellekt və neyron şəbəkə dəstəyi sayəsində döyüş qabiliyyətini daha da artıracaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

