“Star” qəzeti: Ermənistan Hindistandan nisbətən ucuz silah satın alır
20.02.2025 [23:51]
Ermənistan nisbətən ucuz silah və sursat idxalını həyata keçirmək məqsədilə Hindistanla müdafiə dialoqunu genişləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 20-də Türkiyənin “Star” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialı bərpa etmək cəhdi ilə son illər Fransa və Hindistandan silah almağa başlayıb.
İrəvanda ABŞ, Yunanıstan, yunan Kipri və Çinlə də hərbi sahədə əlaqələr qurulub.
Qəzet xatırladır ki, təxminən 2 milyard dollarlıq ilk böyük müqavilə 2020-ci ildə Ermənistan və Hindistan arasında imzalanıb.
“Star” yazır: “Bu dialoqun son həlqəsi fevralın 10-14-də “Aero India 2025” beynəlxalq aerokosmik sərgisini ziyarət edən Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi yüksəksəviyyəli nümayəndə heyətinin Hindistana səfəri olub”. Tərəflərin müəyyən növ məhsulların birgə istehsalının yaradılmasını istisna etməyən ekspert rəylərinə istinad edən qəzet yazır: “Aviasalon çərçivəsində Ermənistan və Hindistanın müdafiə nazirliklərinin rəhbərləri ilə müdafiə şirkətlərinin nümayəndələri arasında danışıqlar aparılıb”.
Türkiyə nəşri izah edir ki, Ermənistanı Hindistandan aktiv şəkildə silah idxal etməyə sövq edən əsas səbəb Yeni Dehlinin parametrlərinə görə Ermənistan ordusunun təchizat sistemləri ilə uyğun gələn Rusiya silah inkişaflarını modernləşdirilməsidir.
“Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir”, - deyə məqalədə bildirilir.
Digər məsələlərlə yanaşı, qəzet Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş barədə məlumatlara istinad edir.
Bundan başqa, İrəvanda Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti vasitəsilə dörd “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunur. “Star” yazır ki, bu məsələ ilə bağlı danışıqların birinci mərhələsi ötən ilin sonunda baş tutub.
“Nəticədə Hindistan Ermənistana əsas silah tədarükçüləri siyahısında Rusiyanı əvəz etməyə başlayıb və İrəvan bu Cənubi Asiya ölkəsindən silah idxal edənlər arasında lider mövqe tutur. Türkiyə qəzeti yazır ki, Ermənistanın müdafiə naziri Papikyanın sözləri diqqətəlayiqdir. O, “həm müdafiə, həm də hücum üçün” Hindistan silahlarından istifadəni istisna etməyib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

