İkinci cəhd...
21.02.2025 [09:10]
Paris sammitləri heç bir nəticə verməyəcək
Fevralın 19-da Parisdə Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı növbəti sammit keçirilib. Xatırladaq ki, bundan əvvəl - fevralın 17-də Parisdə Aİ-nin üzv ölkələri - Almaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya və Niderlandın dövlət başçıları, o cümlədən Britaniyanın Baş naziri Keir Starmer, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və NATO-nun baş katibi Mark Ruttenin iştirakı ilə nəticəsiz sammit baş tutmuşdu.
“Reuters”in məlumatına görə, fevralın 19-da baş tutan tədbirə bazar ertəsi keçirilən iclasda iştirak etməyən Aİ-nin üzv ölkələri - Litva, Estoniya, Latviya və Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçikanın dövlət başçıları qatılıb. Görüşdə, həmçinin Norveç və Kanadanın rəsmiləri də iştirak edib. Tədbirdə Ukraynanın təhlükəsizliyinin təminatı istiqamətində atılacaq addımlar, o cümlədən Kiyevin NATO-ya üzv olmaq potensialı və Avropanın geniş hərbi-müdafiə strategiyası ətrafında bir çox məsələlər müzakirə olunub.
Parisdə üçüncü sammitin də keçiriləcəyi ehtimal edilir.
Makronun bəyanatı
Avropa liderlərinin görüşü başa çatdıqdan sonra Fransa Prezidenti Emmanuel Makron görüşün nəticələri ilə bağlı bəyanat səsləndirib. Fransa lideri Avropa ölkələrinin müdafiə xərclərini atırmağa və regional təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu, eləcə də Ukraynaya dəstəyin sona qədər davam edəcəyini bəyan edib - o, bildirib ki, bu, Fransa dövlətinin başlıca hədəfidir.
“Ukraynaya dəstək əsas prioritet olaraq qalır. Ukraynada davamlı və etibarlı sülh arzu edirik. Biz Ukraynanı dəstəkləyirik və Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik. Bu, Fransanın fundamental marağıdır və mən onun qarantıyam”.
Makron Aİ-nin ABŞ Prezidenti Donald Trampın Ukraynadakı hərbi münaqişəyə son qoymaq təşəbbüslərini dəstəklədiyini, amma münaqişə sona çatana qədər Ukraynanı heç bir zaman yalnız buraxmayacağını qeyd edib: “Ukrayna müttəfiq olaraq qalmalı və onun maraqlarına hörmət edilməlidir, sülh uzunmüddətli olmalı və etibarlı təminatlarla dəstəklənməlidir və Avropa təhlükəsizliyinə diqqət ön şərt olacaq”.
Avropa təşviş içərisindədir
Tramp administrasiyasının qlobal strategiyası, xüsusilə Avropanın təhlükəsizliyinə münasibəti və Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olması Avropada çox ciddi narahatlıq yaradıb. ABŞ-ın Rusiyanın Ukraynada hədəflərinə nail olmasına yol açacağından əndişələnən Avropa ölkələrinin başçıları “qoca qitə”də təhlükəsizliyin təhlükə altına düşücəyindən qorxurlar. Artıq Avropa mediasında belə bir iddialar dolaşır ki, Ukraynada hərbi münaqişə bitəndən sonra Avropada mövcud status-kvo tamamilə dəyişəcək - regionda daha əvvəlki kimi sabit vəziyyət hökm sürməyəcək, xüsusilə Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşmasında birbaşa ABŞ və Rusiya cavabdehlik daşıyacaq - Avropa ölkələrinin mövqeyi nəzərə alınmayacaq. Yaxın gələcəkdə belə bir vəziyyətin baş verəcəyi təqdirdə Aİ-nin mövcudluğunun təhlükə altına düşəcəyi istisna deyil.
Fiasko qaçılmazdır...
Hazırki durumda Parisdə Ukraynanın gələcəyi ilə bağlı nə qədər sammit keçirilsə belə, bu, heç bir səmərəli nəticə verməyəcək - Avropa liderləri öz məqsədlərinə və istəklərinə nail ola bilməyəcəklər. Bunu bir neçə amillə izah etmək olar:
- Böyük ehtimalla, Aİ Ukraynada münaqişənin nizamlanması üzrə keçiriləcək danışıqlarda iştirak etməyəcək. Çünki bu, nə Rusiya, nə də ABŞ-ın marağındadır. Həm Vaşinqton, həm də Moskva Aİ-ni güclü geosiyasi aktor hesab etmirlər və regional təhlükəsizlik arxitekturasını yalnız öz maraqları çərçivəsində müəyyən etmək niyyətindədirlər.
- Ukraynada münaqişə bitəndən sonra Avropalı hərbçilərdən ibarət sülhməramlı kontingentin cəbhə xətti boyunca yerləşməsi qeyri-mümkün olacaq. Ona görə ki, Moskva heç bir zaman buna imkan verməyəcək. Vaşinqton da Kremlin bu məsələdə marağını nəzərə alacaq.
- Makron tərəfindən səsləndirilən fikirlər Avropanın bəzi ölkələri tərəfindən narazılıqla qarşılanır - Makron Ukrayna məsələsində ümumi Avropanın yox, yalnız Fransanın maraqları baxımından çıxış edir. Ona görə də Makronun cəhdləri fiaskoya uğrayacaq.
- Yaxın zamanda Almaniya, Fransa, İtaliya və Polşanın maraqlarının toqquşmasına şahidlik edəcəyik.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 Dekabr 23:19
Siyasət
16 Dekabr 22:54
Sosial
16 Dekabr 22:16
Sosial
16 Dekabr 21:58
Dünya
16 Dekabr 21:25
İqtisadiyyat
16 Dekabr 20:43
Sosial
16 Dekabr 20:18
Xəbər lenti
16 Dekabr 19:51
YAP xəbərləri
16 Dekabr 19:36
Elm
16 Dekabr 19:20
Sosial
16 Dekabr 18:25
YAP xəbərləri
16 Dekabr 17:53
İdman
16 Dekabr 17:43
YAP xəbərləri
16 Dekabr 17:29
YAP xəbərləri
16 Dekabr 16:30
Dünya
16 Dekabr 16:14
Siyasət
16 Dekabr 15:32
Siyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44

