Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
29.03.2025 [08:59]
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 28-də ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib.
AZƏRTAC-ın xəbərinə görə, Baş nazir müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və bildirib ki, Ramazan haqqa qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərlik ayıdır.
Baş nazir deyib: “Biz fəxr edirik ki, Gürcüstan çoxşaxəli, çoxmillətli və çoxkonfessiyalı ölkədir. Gürcüstan hökuməti müsəlman icmasını maksimum dərəcədə dəstəkləyir və bu dəstək gələcəkdə də davam edəcək”.
Hökumət başçısı müsəlman icmasının ölkənin inkişafına verdiyi töhfələrdən danışıb.
“Bizim həqiqətən nümunəvi birgə yaşayışımız var və biz birlikdə ümumi ölkəmizin gələcəyini yaradırıq. Gürcüstan hökuməti xüsusilə 2014-cü ildən sonra müsəlman icmasına maksimum dəstək verir və bu dəstək gələcəkdə də davam edəcək. Son 10 il ərzində 250-dən çox məscid daimi istifadə üçün müsəlman icmasına verilib, eyni zamanda, bu illər ərzində hökumət tərəfindən 35 milyon lari vəsait ayrılıb”, - deyə Baş nazir bildirib.
İftar məclisində Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Faiq Nəbiyev və Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış ediblər.
Gürcüstanın Baş nazirinin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Ricvadze, parlament üzvləri, dövlət nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

