Erkən uşaqlıq təhsili yeniyetmə davranışlarına uzunmüddətli təsir göstərir - TƏDQİQAT
12.04.2025 [16:49]
Tokio İqtisadiyyat Məktəbinin professoru Şintaro Yamaquçi və onun tədqiqat qrupunun apardığı yeni araşdırma göstərir ki, erkən uşaqlıq təhsili yeniyetmələr arasında riskli davranışların – xüsusilə zorakı cinayətlər və yeniyetmə hamiləliklərinin – əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
AZƏRTAC “Science Daily” elmi portalına istinadla xəbər verir ki, tədqiqat Yaponiyada 1960-cı illərdə məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsinin uzunmüddətli sosial təsirlərini araşdıraraq erkən təhsil siyasətinin cəmiyyətə davamlı faydalar verdiyini ortaya qoyur. Araşdırma Yaponiyanın müxtəlif prefekturalarında məktəbəqədər təhsil imkanlarının fərqli dərəcələrdə genişləndirilməsindən istifadə edərək erkən uşaqlıq təhsilinin sosial nəticələrini analiz edib. Nəticələrə görə, bu proqramlarda iştirak edən uşaqlarda yetkinlik dövründə zorakılıqla əlaqəli cinayət hadisələri və yeniyetmə hamiləliyi halları azalıb. Tədqiqatçılar bu təsirlərin əsasən, erkən yaşlarda inkişaf etdirilən qeyri-koqnitiv bacarıqlar sayəsində əldə edildiyini vurğulayırlar.
Professor Ş.Yamaquçi qeyd edir ki, bu nəticələr insan inkişafının kompleks təbiətini nəzərə aldıqda xüsusilə əhəmiyyətlidir: “Əgər məktəbəqədər təhsilin real təsiri varsa, bu təsirlər yalnız həmin proqramlarda iştirak etmiş uşaqlarda müşahidə olunmalıdır, yaşca böyük və proqramdan yararlanmamış fərdlərdə isə deyil”. Komanda bu fərziyyəni yoxlamaq üçün islahatlardan əvvəki və sonrakı dövrlərdə fərqli yaş qrupları üzrə cinayət və hamiləlik göstəricilərini müqayisə edib. Əvvəlki tədqiqatlarla müqayisədə bu araşdırmanın mühüm fərqi təsirlərin yalnız iqtisadi baxımdan həssas ailələrə yönəlmiş deyil, bütün sosial təbəqələrdən olan uşaqlara xidmət edən universal məktəbəqədər təhsil proqramları nəticəsində əldə olunmasıdır.
Bu nəticələr daha geniş miqyasda tətbiq oluna biləcək təhsil siyasətinə işıq tuta bilər. Təəccüblü olaraq məktəbəqədər təhsil proqramı ali təhsil göstəricilərinə, yəni orta məktəb və ya universitetə qəbul nisbətlərinə əhəmiyyətli təsir göstərməyib. Bunun əvəzində davranış nəticələrinin yaxşılaşdırılması əsasən qeyri-koqnitiv bacarıqların inkişafı ilə izah edilir. Bu, erkən təhsilin uzunmüddətli təsir mexanizmlərinin daha dərindən başa düşülməsinə imkan yaradır.
Bu araşdırma, erkən uşaqlıq təhsilinə yatırımların yalnız akademik deyil, sosial və davranış baxımından da uzunmüddətli faydalar verdiyini bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

