Dubayda IV Dünya Polis Sammiti keçiriləcək
01.05.2025 [16:11]
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş naziri və Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun himayəsi altında keçiriləcək dördüncü Dünya Polis Sammiti mayın 13-dən 15-dək Dubay Dünya Ticarət Mərkəzində baş tutacaq.
AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Dubay Polis Departamenti tərəfindən təşkil edilən tədbirdə 100-dən çox ölkədən 150-dən çox məruzəçi və təhlükəsizlik xidməti rəhbəri iştirak edəcək.
Sammit hüquq-mühafizə orqanlarında bilik mübadiləsi, qabaqcıl texnologiyaların diqqətə çatdırılması, icma təhlükəsizliyi strategiyaları və transsərhəd əməkdaşlıq üçün qlobal platforma rolunu oynayır.
“Emirates” Hava Yolları Qrupunun sədri və baş icraçı direktoru Şeyx Əhməd bin Səid Əl-Məktum bildirib ki, tərəfdaşlıq aviasiya təhlükəsizliyini inkişaf etdirmək, kiber və terrorizm təhdidlərinə qarşı qlobal səyləri dəstəkləmək üçün ortaq öhdəliyi əks etdirir.
Dubay Polis Departamentinin rəisi general-leytenant Abdulla Xəlifə Əl-Marri bildirib ki, sammit Dubayın təhlükəsizlik və qlobal əməkdaşlıq sahəsində liderliyini gücləndirir. O əlavə edib: “Təsirli beynəlxalq tədbirlər vasitəsilə biz inkişaf edən təhdidləri gözləyirik və onlara qarşı mübarizə aparırıq, bütün dünyada icma təhlükəsizliyini gücləndiririk”.
Sammit çərçivəsində təşkil olunacaq xüsusi sessiyalarda rəqəmsal məkanda uşaq hüquqları və müdafiəsinə üzrə müzakirələrdə beynəlxalq ekspertlər iştirak edəcəklər. Tədbir çirkli pulların “yuyulmasına” qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq, aviasiya təhlükəsizliyi, kibercinayətkarlıq, polisdə süni intellekt, yol hərəkəti təhlükəsizliyi, narkotik, rəqəmsal transformasiya və icma polisi kimi mövzuları əhatə edən 12 istiqamət üzrə dörd platformanı əhatə edəcək.
FTB, UNODC, EUROPOL və Beynəlxalq Polis Rəisləri Assosiasiyası da daxil olmaqla qlobal qurumlar tərəfindən dəstəklənən tədbirdə “Samsung”, ESRI, “Presight”, “Dahua Technology”, “Inkas Armored Vehicles” və “Aksum Marine” kimi strateji tərəfdaşlar da iştirak edir.
Bundan başqa, 200-dən çox şirkətin iştirak edəcəyi sərgidə yeni nəsil süni intellekt, müşahidə, zirehli maşınlar və dəniz təhlükəsizliyi həlləri nümayiş etdiriləcək ki, bu da sammitin ictimai təhlükəsizlik innovasiyaları üzrə qlobal mərkəz rolunu gücləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19

