Pakistan İranla sərhəd-keçid məntəqələrini bağlayıb
16.06.2025 [20:16]
İyunun 16-da Pakistan hökuməti Tel-Əviv və Tehranın intensiv hava zərbələri fonunda və iki ölkənin bir-birini növbəti hücumlarla hədələməsi səbəbindən qonşu İranla bütün sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İranla həmsərhəd olan Bəlucistan əyalətinin rəsmisi Qadir Baxş Pirkani AFP agentliyinə bildirib: "Bütün həmsərhəd beş rayonda - Çaqi, Vaşuk, Pəncqur, Keç və Qvadarda sərhəd məntəqələrinin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Bununla belə, sərhəddə ticarət üçün heç bir qadağa yoxdur və İrandan ölkəsinə qayıtmaq məcburiyyətində olan Pakistan vətəndaşları məntəqələrdən keçə bilərlər. Bu gün təxminən 200 pakistanlı tələbənin gəlməsini gözləyirik”.
Bazar günü Pakistanın xarici işlər naziri İshaq Dar 450 pakistanlı zəvvarın İrandan, həmçinin şiə müqəddəs yerlərində olan İraqdan təxliyə edildiyini bildirib.
Pakistanın müdafiə naziri Xavaca Asif bazar ertəsi günü dünyanın “İsrailin nüvə qüdrəti ilə bağlı ehtiyatlı və tədbirli olması” barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Pakistan İranla 900 kilometrdən çox sərhədə malikdir. İki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi təxminən 3 milyard dollar təşkil edir və rəsmilər yaxın illərdə onu 10 milyard dollara çatdırmağa söz veriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

