BMT: Quraqlıqdan ən çox uşaqlar və qadınlar əziyyət çəkir
23.07.2025 [09:15]
İqlim dəyişikliyi və artan torpaq-su yüklənməsi səbəbindən 2023-cü ildən etibarən müşahidələr tarixində ən genişmiqyaslı və dağıdıcı quraqlıqlar baş verir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin dəstəyi ilə hazırlanmış yeni hesabatda qeyd olunur. “Dünyada quraqlıq ocaqları, 2023–2025-ci illər” adlı sənəd quraqlığın yoxsulluğu, aclığı, enerji dayanıqsızlığını və ekosistemlərin deqradasiyasını necə sürətləndirdiyini əhatəli təhlil edir.
“Quraqlıq – səssiz qatildir. O, sezilmədən yaxınlaşır, resursları tükədir və həyatları yavaş templə dağıdır. Onun izləri uzun müddət qalır”, – deyə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası Katibliyinin rəhbəri İbrahim Tiahu bildirib.
Quraqlıq ocaqları
Sənəd ABŞ-ın Quraqlığın Təsirlərinin Azaldılması üzrə Milli Mərkəzi və BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası Katibliyi tərəfindən, Quraqlığa Davamlılıq üzrə Beynəlxalq Alyansın dəstəyi ilə hazırlanıb. Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) alyansın fəal tərəfdaşıdır. ÜMT uzun illərdir ki, artıq yaranmış böhrana reaksiya vermək əvəzinə, quraqlıqla mübarizə üçün qabaqlayıcı tədbirlərin görülməsinə çağırır.
Hesabat yüzlərlə rəsmi mənbə, elmi nəşrlər və KİV-in məlumatlarını ümumiləşdirərək, quraqlıqdan ən çox zərər çəkmiş bölgələri müəyyənləşdirir.
Afrika
Şərqi və Cənubi Afrikada 90 milyondan çox insan ciddi ərzaq çatışmazlığı ilə üzləşib. Bəzi bölgələrdə müşahidə tarixində ən ağır quraqlıqlar baş verir. Efiopiya, Zimbabve, Zambiya və Malavidə qarğıdalı və buğda məhsulları məhv olur. Təkcə Zimbabvedə 2024-cü ildə qarğıdalı məhsulu əvvəlki illə müqayisədə 70 faiz azalıb, 9 min baş mal-qara susuzluq və aclıqdan tələf olub.
Somalidə hökumətin qiymətləndirməsinə görə, 2022-ci ildə quraqlığın yaratdığı aclıq səbəbindən 43 min nəfər həyatını itirib. 2025-ci ilin əvvəlinə olan məlumata görə, ölkə əhalisinin 25 faizi, yəni 4,4 milyon nəfər ərzaq əldə etməkdə çətinlik çəkir.
Zambiyada dünyanın ən kəskin enerji böhranlarından biri yaşanır. 2024-cü ilin aprelində Zambezi çayında su səviyyəsi orta göstəricinin cəmi 20 faizi həddində olub.
Aralıq dənizi hövzəsi
İspaniyada quraqlıq kənd təsərrüfatına, turizmə və su təchizatına təsir göstərib. 2023-cü ilin sentyabrına qədər iki illik quraqlıq və rekord isti səbəbindən zeytun məhsulu 50 faiz azalıb. Nəticədə zeytun yağının qiyməti iki dəfə artıb.
Mərakeşdə 2025-ci ildə qoyunların sayı 2016-cı illə müqayisədə 38 faiz azalıb. Bununla əlaqədar kral ənənəvi qurban mərasimlərinin ləğvinə çağırıb.
Türkiyədə quraqlıq yeraltı suların tükənməsini sürətləndirib, bu isə əhaliyə və infrastruktura təhlükə yaradan çökmələrə səbəb olub.
Latın Amerikası
Amazon hövzəsində 2023 və 2024-cü illərdə çaylarda suyun rekord aşağı səviyyəsi balıqların və nadir delfin növlərinin kütləvi şəkildə tələf olmasına gətirib çıxarıb. Yüz minlərlə sakinin su təchizatı və nəqliyyat marşrutları pozulub.
Meşələrin qırılması və yanğınlar fonunda Amazoniyanın karbon udan bölgədən karbon buraxan mənbəyə çevrilməsi riski artır.
Panama kanalında su səviyyəsinin aşağı düşməsi onun buraxıcılıq qabiliyyətini 38 gəmidən 24 gəmiyə endirib (2023-cü ilin oktyabrı – 2024-cü ilin yanvarı aralığında). Bu da qlobal ticarətdə ciddi pozuntulara səbəb olub. Nəticələr arasında ABŞ-dan soya ixracının ləngiməsi və Britaniyadakı supermarketlərdə meyvə-tərəvəz qıtlığı da var.
Cənub-Şərqi Asiya
Quraqlıq əsas kənd təsərrüfatı məhsullarının – düyü, qəhvə və şəkərin istehsalını və logistikasını pozub. 2023–2024-cü illərdə Tailand və Hindistanda quraqlıq şəkər qıtlığına səbəb olub ki, bu da ABŞ-da şəkər və şirniyyat məhsullarının qiymətinin 9 faiz artmasına gətirib çıxarıb.
Əsas zərərçəkənlər – qadınlar və uşaqlar
Quraqlıq qarşısında ən həssas qruplar qadınlar, uşaqlar, yaşlılar, maldarlıqla məşğul olanlar, təbii təsərrüfatla yaşayan fermerlər və xroniki xəstəliyi olan şəxslərdir.
Quraqlıq şəraitində sağlamlıq riskləri artır: vəba epidemiyaları, kəskin qidalanma pozuntuları, susuzlaşma və çirkli su istifadəsi halları artır.
Şərqi Afrikada məcburi uşaq nikahlarının sayı iki dəfədən çox artıb. Ailələr sağ qalmaq üçün qızlarını ərə verərək oğlan ailəsindən alınan ənənəvi pula ümid edirlər. Rəsmi qadağalara baxmayaraq, Efiopiyanın quraqlıqdan ən çox təsirlənmiş dörd regionunda belə nikahların sayı kəskin artıb. Ailələr qızlarını ərə verərək həm cehiz alır, həm də ailənin xərclərini azaldırlar.
Zimbabvedə dərsə davamiyyətin kütləvi şəkildə azalması müşahidə olunub.
Amazon hövzəsində quraqlıq uzaq kənd və yerli icmaların həyat tərzini pozub. Bəzi bölgələrdə Amazon çayının səviyyəsi tarixi minimuma düşərək, sakinləri təcrid vəziyyətində qoyub və yaşayış məntəqələrini təmiz sudan məhrum edib.
Dərslər və tövsiyələr
Hesabatda quraqlığa hazırlıq üçün təcili investisiyalar çağırışı yer alır. Tövsiyələr arasında quraqlıq və onun nəticələrinin real vaxt rejimində erkən xəbərdarlıq və monitorinq sistemlərinin gücləndirilməsi, ərzaq və su təhlükəsizliyinə təsir edən amillərin izlənməsi də var.
Eyni zamanda, təbiətə əsaslanan həllər, məsələn, hövzələrin bərpası və ənənəvi kənd təsərrüfatı bitkilərindən istifadə də vacib hesab olunur.
Mütəxəssislər dayanıqlı infrastrukturun maliyyələşdirilməsini, o cümlədən avtonom enerji mənbələri və alternativ su təchizatı texnologiyalarının inkişafını, eləcə də qadın və qızların hüquqlarını qoruyan gender əsaslı uyğunlaşma tədbirlərini tövsiyə edirlər.
Quraqlığa hazırlıq və onun nəticələri ilə mübarizə üçün, xüsusilə sərhədyanı çay hövzələrinin və əsas ticarət yollarının qorunması sahəsində qlobal əməkdaşlıq zəruridir.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

