Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada siyasi gərginlik yenidən artıb

Fransada siyasi gərginlik yenidən artıb

15.09.2025 [19:20]

Fransanın Milli Birlik Partiyasının lideri Marin Lö Pen Bordoda etdiyi çıxışı zamanı ölkədə yeni seçkilərə ehtiyac olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, o, yenidən seçkiyə qayıdışın lazım olduğunu bildirib:"Milli alternativ gələcək. Əgər bu gün yoxdursa, sabah gələcək. Çünki hakimiyyət artıq nəfəsdən, baxışdan və xalqın dəstəyindən məhrumdur“.

Bu çağırış ölkədə son aylarda baş verən siyasi böhranlar və hökumət dəyişikliyi fonunda edilib. Xüsusilə, yeni Baş nazir Sebastyən Lökornünün təyinatı ictimai rəyə mənfi təsir göstərib. İki müxtəlif sorğu institutunun açıqladığı nəticələrə görə, fransızların cəmi 16 faizi Lökornünü dəstəkləyir.

Marin Lö Pen yayda hökumətin buraxılmasını yalnız ehtimal kimi dəyərləndirsə də, artıq bu məsələni zəruri addım kimi təqdim edib. “Bu artıq bir seçim deyil, məcburiyyətdir”, – deyə Lö Pen bildirib və prezident Emmanuel Makronu dərhal parlamenti buraxmağa çağırıb.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31