Macarıstan universitetlərində əcnəbi tələbələrin sayı artıb
15.09.2025 [23:15]
Macarıstan universitetləri xaricdən gələn abituriyentlər üçün cəlbediciliyini artırmaqda davam edir.
AZƏRTAC Macarıstanın Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, 2024-2025-ci tədris ilində bu ölkənin ali məktəblərində 12 mindən çox əcnəbi tələbə təhsil alıb ki, bu da tələbələrin ümumi sayının təxminən 16 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, on il əvvəl bu rəqəm 10 faizi ötmürdü.
Macarıstanda ali təhsilə ən böyük marağı Almaniya, Çin, İran, Türkiyə və Qərbi Balkan ölkələrindən olan tələbələr göstərirlər. Eyni zamanda, Afrika və Cənubi Asiya ölkələrindən də müraciətlərin sayı artır. Mütəxəssislər qeyd edirlər ki, ölkədə təhsil və yaşayış xərclərinin nisbətən aşağı məbləğinin yüksəksəviyyəli təhsil proqramları ilə birləşməsi bu məsələdə həlledici rol oynayır.
Hər il minlərlə tələbə cəlb edən “Stipendium Hungaricum” dövlət təqaüd proqramının da böyük təsiri var. 2025-ci ildə mövcud olduğu bütün dövr ərzində bu proqram çərçivəsində Macarıstanda təhsil almaq üçün rekord sayda təqaüdçü gəlib. Macarıstan universitetlərinin rektorları əcnəbilərin sayının artmasının akademik mühitin beynəlmiləlləşməsinə, elmi əlaqələrin möhkəmlənməsinə və ingilisdilli proqramların inkişafına töhfə verdiyini vurğulayırlar. Xüsusilə Budapeşt və Debretsendə ingilis dili kurslarının sayı son beş ildə demək olar ki, iki dəfə artıb.
Ölkə hökuməti xaricdən tələbələrin axınına “yumşaq güc”ün mühüm aləti və Macarıstanın beynəlxalq nüfuzunu gücləndirmək imkanı kimi baxır. Ekspertlərin fikrincə, 2030-cu ilə qədər Macarıstan universitetlərində əcnəbi tələbələrin payı 20 faizi keçə bilər.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

