Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dövlət bayraqları endirilib

27.09.2025 [15:48]

Bu gün Gürcüstanda Suxumi şəhərinin süqutunun 32-ci ildönümüdür. Bununla əlaqədar olaraq Gürcüstan ərazisində bütün inzibati binaların üzərində dövlət bayraqları yarıya qədər endirilib.

AZƏRTAC xəbər verir ki, bununla, eyni zamanda, Abxaziya müharibəsində həlak olanların xatirəsinə ehtiram nümayiş etdirilir.

Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-ci il avqustun 14-də başlayıb. 1994-cü il sentyabrın 27-dək davam edən münaqişə nəticəsində Gürcüstan Abxaziya üzərində yurisdiksiyasını itirib. Beynəlxalq ictimaiyyət bu faktı Rusiya tərəfindən işğal kimi tanıyıb.

Təsdiqlənməmiş məlumatlara əsasən, Abxaziya müharibəsində Gürcüstan tərəfindən 10 mindən çox hərbçi və dinc sakin həlak olub. 250 mindən çox gürcü Abxaziyadan didərgin düşüb. Abxaziya tərəfi isə 3500 nəfərin öldürüldüyünü, 2000-ə yaxın abxazın isə yaralandığını iddia edir.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31