Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədən Qəzza zolağına humanitar yardımların çatdırılması sürətlənib

Türkiyədən Qəzza zolağına humanitar yardımların çatdırılması sürətlənib

13.10.2025 [08:52]

Oktyabrın 8-də İsrail ilə Fələstin arasında atəşkəslə bağlı əldə olunan razılıqdan sonra Türkiyədən Qəzza zolağına humanitar yardımların çatdırılması istiqamətində fəaliyyətlər sürətlənib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamenti açıqlama verib.

Məlumatda qeyd edilib ki, Türkiyədən bölgəyə 100 yük maşını ilə göndərilən yardım karvanı Misirin Əl-Ariş şəhərindən Karem Ebu Salem sərhəd qapısına çatdırılıb.

Bu çərçivədə, bu il iyulun 27-dən etibarən 333 yük maşını yardımın Qəzzaya keçidi təmin edilib.

Oktyabrın 13-də Türkiyəyə məxsus daha 20 yük maşını yardım, eləcə də çadırlar bölgəyə göndəriləcək.

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən bugünədək Türkiyədən Qəzzaya 16 gəmi və 14 təyyarə ilə ümumilikdə 101 min 725 ton humanitar yardım göndərilib.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31