Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İngiltərədə universitetlərdə təhsil haqları 2026-cı ildən etibarən artırılacaq

İngiltərədə universitetlərdə təhsil haqları 2026-cı ildən etibarən artırılacaq

21.10.2025 [12:55]

İngiltərədə universitetlərdə təhsil haqları 2026-cı ildən başlayaraq hər il inflyasiyaya uyğun şəkildə artırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumət açıqlama verib.

Təhsil naziri Bridet Fillipson parlamentdə çıxışı zamanı bildirib ki, növbəti iki il üçün artım təsdiqlənib və gələcəkdə bu artımın hər il avtomatik baş verməsini təmin edəcək qanunvericilik hazırlanır.

Hazırda İngiltərədə universitetlərin illik təhsil haqqı təxminən 9 min 535 funt-sterlinq təşkil edir. Bu məbləğ son on ildən artıq müddətdə ilk dəfə ötən il artırılıb. 2026-cı ildə universitet haqlarının təxminən 400 funt artacağı və 9 min 900 funt-sterlinqdən çox olacağı gözlənilir.

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31