Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada 4 bal gücündə zəlzələ olub

İtaliyada 4 bal gücündə zəlzələ olub

26.10.2025 [12:31]

İtaliyanın cənubundakı İrpiniya bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, episentri Moefredan şəhərindən bir kilometr aralıda olan yeraltı təkan 14 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Kampaniya regionunda, eləcə də Neapol, Salerno və Beneventoda aydın hiss olunub. Sakinlər qorxu və təşvişlə küçələrə axışıblar.

İlkin araşdırmalara görə, dağıntı və tələfat yoxdur. Montefredan meri bazar ertəsi günü məktəblərin ehtiyat tədbiri olaraq tətil edildiyini açıqlayıb.

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, son iki gündə bölgədə 3,4-3,9 bal arasında 3 zəlzələ qeydə alınıb.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31