Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nikola Sarkozini ölümlə hədələməkdə təqsirləndirilənlər hakim qarşısına çıxarılacaq

Nikola Sarkozini ölümlə hədələməkdə təqsirləndirilənlər hakim qarşısına çıxarılacaq

26.10.2025 [16:22]

Fransanın sabiq prezidenti Nikola Sarkozini həbsxanada ölümlə hədələməkdə təqsirləndirilən 2 dustağın məhkəməsinin vaxtı məlum olub.

AZƏRTAC xəbər verir ki, biri 28, digəri 24 yaşında olan dustaqlar dekabrın 19-da hakim qarşısına çıxarılacaqlar. Onlara prosesə hazırlaşmaq üçün vaxt verilib. Təqsirləndirilən şəxslərdən biri quldurluq, digəri isə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkir.

Həbsxanadan yayılan videolarda dustaqların “pulları qaytar”, “Qəddafininin qisası alınacaq” deyə qışqırdıqları aydın eşidilir.

Qeyd edək ki, 2007-ci il prezident seçkilərini qanunsuz yollarla - Liviya vəsaitləri ilə maliyyələşdirməkdə təqsirli bilinən Nikola Sarkozi oktyabrın 21-də Parisin 14-cü regionunda yerləşən “La Sante” həbsxanasına yerləşdirilib.

Paylaş:
Baxılıb: 265 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31