Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İngiltərədə qatarda kütləvi bıçaqlanma nəticəsində yaralananların sayı 11-ə çatıb

İngiltərədə qatarda kütləvi bıçaqlanma nəticəsində yaralananların sayı 11-ə çatıb

02.11.2025 [22:27]

İngiltərədə qatarda baş verən bıçaqlanma hadisəsində 11 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Kembricşir qraflığında qatarda baş verən kütləvi bıçaqlanma hadisəsi ilə bağlı, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan iki nəfərin vəziyyəti həyati təhlükəlidir, dörd nəfər isə artıq evə buraxılıb.

Böyük Britaniya Nəqliyyat Polisi hadisə ilə bağlı Hantinqdon stansiyasında mətbuat konfransı keçirib. Bildirilib ki, hadisə barədə “qaynar xətt”ə zəng daxil olduqdan cəmi səkkiz dəqiqə sonra iki nəfər polis tərəfindən saxlanılıb. Onların 32 yaşlı qaradərili britaniyalı və 35 yaşlı Karib mənşəli britaniyalı kişi olduqları açıqlanıb.

Hər iki şəxs Böyük Britaniyada anadan olub və qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıblar. Hadisənin terror aktı olduğuna dair heç bir dəlil yoxdur. İstintaq davam edir.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30