Almaniyada internet istifadəçilərinin üçdə biri nifrət məzmunlu paylaşımlarla qarşılaşır
27.11.2025 [19:15]
Almaniyada hər üç istifadəçidən biri internetdə nifrət məzmunlu paylaşımla qarşılaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin ilin birinci rübü ilə bağlı açıqladığı hesabatda qeyd olunub.
Hesabata əsasən, bu dövrdə 16-74 yaşlı təxminən 19,6 milyon internet istifadəçisi düşmənçilik və alçaldıcı məzmunlu paylaşımlara məruz qalıb. Nifrət məzmunu kimi qiymətləndirilən bu məlumatlar və şərhlər fərdi şəxslərə və ya qruplara qarşı yönəlir, onların siyasi, etnik, dini, cinsi və digər xüsusiyyətlərinə görə düşmənçilik ifadə edir.
Ötən illə müqayisədə nifrət məzmunlu paylaşımlara daha çox rast gəlinir. Bu göstərici 2023-cü ildə 28 faiz olduğu halda, 2025-ci ildə 34 faizə çatıb. Xüsusilə gənc istifadəçilər bu hallarla daha çox rastlaşırlar. Belə ki, 16-44 yaşlı şəxslərin 43 faizi, 45-64 yaşlı istifadəçilərin 27 faizi, 65-74 yaşlıların isə 20 faizi nifrət məzmunlu paylaşımlar müşahidə etdiyini açıqlayıb.
Siyasi və ictimai mövqelər nifrət məzmunlu paylaşımların əsas hədəfi olaraq qalır və bu kateqoriyada artım 79 faizdən 85 faizə yüksəlib. Etnik mənsubiyyət və irqə görə düşmənçilik ifadələrini 62 faiz, cinsi oriyentasiyaya görə hücumları 53 faiz, dini və dünya görüşünə görə isə 52 faiz istifadəçi qeyd edib.
Dezinformasiya da internetdə geniş yayılıb. Belə ki, 16-74 yaşlı 31,2 milyon istifadəçi (54 faiz) 2025-ci ilin birinci rübündə saytlarda və sosial media platformalarında saxta və ya etibarsız məlumatlarla qarşılaşıb. Bu göstərici 2023-cü ilə nisbətən 6 faiz artıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

