Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Peruda iki qatar toqquşub, yaralananlar var

Peruda iki qatar toqquşub, yaralananlar var

31.12.2025 [13:25]

Peruda qədim İnka şəhəri Maçu-Pikçu istiqamətində hərəkət edən iki sərnişin qatarı toqquşub.

AZƏRTAC xəbər verir ki, bu barədə Peruya məxsus RPP radiostansiyası məlumat yayıb.

Polisin verdiyi məlumata görə, toqquşma nəticəsində əcnəbilər də daxil olmaqla 30-dan çox insan yaralanıb, qatarlardan birinin maşinisti isə həlak olub.

Hazırda polis və dəmir yolu işçiləri sərnişinlərin təxliyəsini həyata keçirir. Sərnişinlərin bir hissəsi dəmir yolunun yaxınlığında baqajları ilə birlikdə təhlükəsiz əraziyə çıxarılıb. Hadisə yerinə üç boş vaqon, həmçinin tibbi briqadalarla təchiz olunmuş 12 təcili yardım avtomobili göndərilib.

Kusko bölgəsinin qubernatoru qəzanın baş verdiyi əraziyə səfər edib.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31